Mojo.az Banner
18:05 Çində yüksək rütbəli hərbçilərə qarşı istintaq başladıldı  |     17:40 "TikTok"da deputatları və icra başçılarını söyən şəxs HƏBS OLUNDU  |     17:21 Ukrayna üzrə danışıqların ikinci raundu bitdi - YENİLƏNİB  |     17:12 Bakıda qadını restoranın tualetində döyən şəxslə bağlı MƏHKƏMƏ QƏRARI  |     17:02 Güləş üzrə Azərbaycan çempionatları bu şəhərdə keçiriləcək  |     16:41 Rusiya Silahlı Qüvvələri Xarkovda yaşayış məntəqəsini nəzarətə götürüblər  |     16:20 3 aya marketdən 7 minlik məhsul oğurladı  |     16:09 "Qəbələ" "Şamaxı"nı məğlub edib  |     16:03 Qusarda 22 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb  |     15:45 Fəzail Ağamalı məhkəməyə verildi: AVP-də növbəti QALMAQAL  |     15:21 Türkiyədə zəlzələ olub  |     15:18 Direktorlar imtahan verdi  |     15:10 Yüksəkvəzifəli məmurun evinə gizli kamera quraşdırıb beş milyon dollar istəyən şəxs həbs olundu  |     15:09 Xırdalanda marketdən üç ayda yeddi min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ  |     15:07 Azərbaycan neftinin qiyməti artıb  |     15:06 Naxçıvanda üç nəfərin boğularaq öldüyü istirahət mərkəzinin sahibinə HÖKM OXUNDU  |     14:05 İran-Azərbaycan sərhədində müşahidə edilən PUA zərərsizləşdirildi  |     13:48 Cey Di Vens Azərbaycana səfər edəcək  |     13:46 Tovuzda küçədə yaşayan ana və uşağın görüntüləri yayıldı: Dövlət qurumları hərəkətə keçdi  |     13:45 Axtarışda olan türkmənistanlı MMA döyüşçüsü Azərbaycanda ələ keçdi  |    
Left Banner
Right Banner

Estoniyadan Azərbaycana quşçuluq məhsulları gətirilməsi dayandırıldı

26.02.2021 19:37 954
Estoniyadan Azərbaycana quşçuluq məhsulları gətirilməsi dayandırıldı
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

Agentlikdən verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Estoniya Respublikasının Lyaene-Virumaa (Laane-Viru) inzibati ərazi vahidində yüksək patogen "quş qripi" xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Estoniya Respublikasının Lyaene-Virumaa inzibati ərazi vahidindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Estoniya Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub..скачать dle 11.3