Mojo.az Banner
23:01 Bölgələrdə işləyənlər nə qədər maaş alır? - CƏDVƏL  |     22:55 Aldadıb 200 manat borc aldı - Həbs olundu  |     22:50 Qəfildən dünyasını dəyişənlərin sayı artır, bəs səbəb nədir?  |     22:44 Azərbaycanda bayram günü otellərin dodaquçuqladan qiymətləri  |     22:37 Sosial şəbəkələr insanların psixikasına necə təsir edir? - "Meta"nın gizli araşdırması  |     22:32 Xankəndi, Ağdərə və Xocalıda nə qədər əhali məskunlaşıb?  |     22:25 Bakıda məhkəmənin həyətinə butulka atan şəxs saxlanıldı  |     22:19 62 minlik dələduzluqla həbs edilən qadın - Bəraət aldı  |     22:11 İşsizlərin tibbi sığortaya 16 manat ödəməsi məcburi deyil - Detallar açıqlandı  |     22:04 KİV: Fransa könüllü hərbi xidməti tətbiq edəcək  |     21:59 Daha bir məhsul bahalaşacaq - İqtisadçı açıqladı  |     21:51 Ermənistan KTMT-nin Bişkek sammitində iştirak etməyəcək  |     21:42 Arzu Əliyeva Milli İncəsənət Muzeyindən paylaşım edib - FOTO  |     21:36 Ramiz Mehdiyev vəkilindən imtina etdi  |     21:29 Zaqatalada ötən il evi yanan ailənin yenə mənzili YANDI  |     21:23 Leyla Əliyeva IDEA Heyvanlara Qayğı Mərkəzindən paylaşım edib - FOTO  |     21:15 Tovuzda toyda BIÇAQLANMA  |     21:10 Ağstafada qadın itkin düşüb - FOTO  |     21:02 Bakıda sifarişlə qurdurluq etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub  |     20:55 MDB liderlərinin qeyri-rəsmi sammitinin tarixi açıqlandı  |    
Left Banner
Right Banner

Prezidentin mətbuat konfransında iranlı jurnalist özünü pis vəziyyətə salıb

26.02.2021 18:30 2 121
Prezidentin mətbuat konfransında iranlı jurnalist özünü pis vəziyyətə salıb
Azərbaycan Prezidenti İlham Əliyevin bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında “İran xəbər agentliyi”nin müxbiri Azərbaycan Prezidentinə “Cənab Prezident, hazırda terrorçuluq beynəlxalq icma üçün böyük bir çağırışdır. Dağlıq Qarabağ müharibəsində terrorçu qrupların iştirakı barədə xəbərlər yayılmışdı və bu da regional ölkələrə təsir göstərib. Hansı kollektiv şəkildə tədbirlər aparılmalıdır ki, bu cür çağırışa cavab verilsin və Azərbaycan Respublikası bu konteksdə hansı tədbirləri atmalıdır?” sualını verib.

“Report” xəbər verir ki, Prezident İlham Əliyev jurnalistin “sualına” cavab verib.

Prezident əvvəlcə “sualı” aydınlaşdırmaq istəyib: "Siz terrorçu qruplar barədə “hesabatlar” dedikdə bəzi istinadlar vermisiniz. Siz dəqiqləşdirə bilərsiniz hansı “hesabatlar” barədə danışırsınız?"

Daha sonra Prezident mikrofonun həmin “jurnalist”ə ötürülməsini istəyib.

Jurnalist isə deyib: “Biz bəzi “hesabatlar”da, regional xəbər agentliklərindən bunu eşitmişik. İcazə versəniz, mən onları söyləməzdim”.

Daha sonra çıxış edən Prezident İlham Əliyev deyib ki, “sizin “sualınız” bir növ ittihama bənzəyir. Ona görə mən bilmək istəyirəm, hansı “hesabatlar”a istinad edirsiniz? Çünki bəzi hesabatlar sözünü hamı deyə bilər. Siz mənə mənbə verə bilərsiniz? Heç olmasa, bir mənbə.

Təəssüf edirəm ki, dost ölkədən olan bir jurnalist belə bir sual verir. Torpaqların azad olunması əməliyyatında heç bir terrorçu adlandırdığınız insanlar iştirak etməyib. Bunu bizi ordumuz edib. Bu, sadəcə Azərbaycanı ittiham etməkdir.

Xahiş edirəm sualıınızda daha məsuliyyətli olun”.

Jurnalist daha sonra Prezident İlham Əliyevin ona ünvanladığı sualdan boyun qaçıraraq, Prezidentdən növbəti sualına cavab verməyi xahiş edib.
скачать dle 11.3