Ərdoğandan Ermənistandakı siyasi vəziyyətə REAKSİYA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |    

Ərdoğandan Ermənistandakı siyasi vəziyyətə REAKSİYA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanda siyasi vəziyyətlə bağlı açıqlamalar verib.

“Haber Global” məlumat verir ki, o, hər cür çevrilişə qarşı olduqlarını deyib:

“Çevrilişi qəbul etməyimiz xüsusilə mümkün deyil.

Bunu burada açıq şəkildə deməliyəm, əsgərin müdaxilə edərək çevrilişə cəhdi qəbuledilməzdir. Məsələ burasındadır ki, idarəetmə dəyişikliyi olarsa, bunu Ermənistan xalqı edər. Artıq erməni xalqı buradakı rəhbərlik və idarəetmədən bezmiş vəziyyətə düşüb. Xalq artıq özü Paşinyanı hakimiyyətdən salacaq vəzyyətdədir”.

Xocalı soyqırımını anan Türkiyə lideri ermənilərin yüzlərlə günahsız insanı qətlə yetirməsini kəskin qınayıb:

“Bir gecədə tanklarla, toplarla hücuma keçərək, Xocalıda insanların qətlə yetirilməsi qəbuledilməzdir. Bununla Ermənistan əsas mahiyyətini ortaya qoyub”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            552 26.02.21 16:43