Mojo.az Banner
17:07 Mingəçevirdə aşkarlanan saxta içkilərin satışı qadağan edilib - FOTO  |     16:45 Həbsdə olan sabiq rəis: "Yığılan rüşvət Vasif Talıbovun göstərişi ilə Seymur Talıbova verilib"  |     16:37 "Roşka"nın məhkəməsi növbəti ayadək təxirə düşdü  |     16:18 İlin ilk Günəş tutulması 18:27-də yekunlaşacaq  |     16:13 Bakıda qızını cinsi zorakılıqla hədələyən ata SAXLANILDI  |     16:11 Xızıda avtotəmir zamanı FACİƏ - 63 yaşlı kişi öldü  |     16:09 "Azərsilah"da yeni TƏYİNAT - FOTO  |     15:55 Kürdə adam batıb - Dalğıclar axtarışa başlayıb  |     15:54 Bakıda kanalizasiyaya düşən gəncin anası: "Oğlumu ora niyə getməyi mənə qaranlıqdır"  |     15:50 Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin azadlığa çıxma TARİXİ BİLİNDİ (Yenilənib)  |     15:48 Xaçmazın həbsdə olan sabiq hərbi komissarı barədə qərar verilib  |     15:46 Qusarda avtoxuliqanlıq edən sürücü həbs olunub  |     15:45 "Sərfəli kredit" elanları ilə DƏLƏDUZLUQ: Vətəndaşlara XƏBƏRDARLIQ edildi - Video  |     15:43 Son bir ayın ən güclü maqnit fırtınası qeydə alınıb  |     15:39 Yekaterinburqda Azərbaycan diasporunun keçmiş liderinə ağır cəza tələb edildi  |     13:43 Rəşad Daşdəmirovun həbs müddəti uzadıldı  |     13:42 Sabiq icra başçısına yeni vəzifə verildi  |     13:42 "İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR  |     13:41 Narkotiki Bakıda satmaq istəyən keçmiş məhkum Ağsuda tutuldu - Video  |     13:40 Ramazan ayının başlaması ilə bağlı fətva verildi  |    
Left Banner
Right Banner

Rusiyada Xocalıya həsr olunmuş konfrans keçiriləcək

24.02.2021 19:47 786
Rusiyada Xocalıya həsr olunmuş konfrans keçiriləcək
Bu gün Rusiyanın paytaxtı Moskvada Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi və Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin dəstəyi ilə “Tarixin dərsləri və bəşəriyyətə qarşı törədilən cinayətlərin vaxtında qarşısının alınmasında müasir gənclərin rolu” adlı konfrans keçiriləcək.

Median.Az oxu.az-a istinadən xəbər verir ki, konfransa Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB), “ALEF” İctimai təşkilatı, Azərbaycanlı Tələbə və Məzunlar Platforması (ASAP) təşkilatçılıq edəcək.

Rusiya, Azərbaycan, İsrail və Almaniyadan olan tədbir iştirakçıları, habelə Rusiya, Azərbaycan və İsrailin gənclər ictimai təşkilatlarının və KİV nümayəndələri aşağıdakı mövzuları onlayn müzakirə edəcəklər:

1. Soyqırımı insanlıq üçün qlobal bir təhlükə kimi: Soyqırımı və irqi ayrıseçkiliyin hər cür təzahürü ilə mübarizə aparmaq üçün beynəlxalq səylərin əhəmiyyəti.

2. Soyqırımı ilə əlaqəli tarixi, siyasi və sosial aspektlər və qarşısının alınması metodları.

3. Gəncliyin rolu: tarixi yaddaşın qorunması, vətənpərvərlik və millətlərarası ünsiyyət mədəniyyətinin aşılanması işi.

4. Xocalı soyqırımı: XX əsrin faciəsi.

5. Holokost: yaddaş və qarşısının alınması.

Konfrans Bakı vaxtı ilə 20:00-da başlayacaq.скачать dle 11.3
Mojo.az Banner