Polis İdarəsindəki təftiş davam edir: Vilayət Eyvazov daha bir yüksək vəzifəli şəxsi işdən çıxardı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |    

Polis İdarəsindəki təftiş davam edir: Vilayət Eyvazov daha bir yüksək vəzifəli şəxsi işdən çıxardı

Suraxanı Rayon Polis İdarəsindəki yoxlamalardan sonra daha bir vəzifəli şəxs işdən çıxarılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Suraxanı Rayon Polis İdarəsinin Xidmət üzrə rəis müavini, polis polkovniki İbrahim İsmayılov sərəncama götürülüb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi dünən Suraxanı Rayon Polis İdarəsində xidməti fəaliyyətdə yol verdiyi nöqsanlara görə idarənin və onun tabeliyində olan bölmələrin bir neçə əməkdaşının tutduğu vəzifədən aşağı vəzifəyə keçirildiyini, bir qrup əməkdaşa digər intizam tənbehləri verildiyini, daha bir qisminin xidmət yeri bərabər vəzifəyə dəyişdirildiyini açıqlamışdı.

Xatırladaq ki, ötən ilin noyabrında nazirin əmri ilə Suraxanı RPİ rəisi, polis polkovniki Namiq Həsənov vəzifədən azad edilərək DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisi təyin olunub. Bir ay sonra isə Quba Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Süleyman Nemətov Suraxanıya rəis təyin edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 437 11.02.21 15:47