Mojo.az Banner
16:28 Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb  |     16:16 "Səkkiz" serialının yayımı bərpa OLUNDU  |     16:12 İqbal Məmmədovun "Lerik Broyler"i fəaliyyətini dayandırdı - Sabiq deputatın biznes imperiyası çökür?  |     15:41 Qaradağda qanunsuz ov edənlər tutuldu  |     15:24 Oğurluq edən iki qardaş saxlanıldı  |     15:19 Korrupsiya cinayəti törədən 18 nəfər "iş başında" tutulub  |     15:03 3000 abonentin qazı kəsiləcək  |     14:54 Ağ Ev lideri Sülh Şurasının Nizamnaməsini imzaladı  |     13:58 Lerikdə güclü qar evin dam örtüyünü uçurub  |     13:39 Uşaq əməyinə görə məsuliyyətin sərtləşdirilməsi nəzərdə tutulur  |     13:24 Gəncədə "BakuBus"a məxsus avtobus PİYADANI VURUB  |     13:09 Bakıda gənc oğlan küçədə infarktdan öldü  |     13:01 "Qarabağ" - "Ayntraxt" oyununda VAR sistemi işləyib  |     12:53 Onların müalicəsi yalnız dövlət tibb müəssisələrində pulsuz olacaq  |     12:48 Pensiyaçılara şad xəbər  |     12:20 Şuşa, Xankəndi və Xocavənddə buz bağlayan yollarda köməksiz qalanlara yardım edilib (Video)  |     12:08 Xankəndidə avtoxuliqanlıq edən şəxs həbs olundu - Video  |     12:07 Azərbaycan nefti ucuzlaşıb  |     12:06 "Ailə Park"ın səhlənkarlıqda təqsirləndirilən direktoru ilə bağlı qərar ləğv edildi  |     12:01 Zakir Fərəcov yayılan görüntülərlə bağlı İCLAS KEÇİRDİ: Samir Bədəlova XƏBƏRDARLIQ EDİLDİ  |    
Left Banner
Right Banner

“Azəriqaz” sayğacların sərfiyyatı uyğun hesablamadığı ilə bağlı açıqlamaya aydınlıq gətirib

02.02.2021 19:48 1 362
“Azəriqaz” sayğacların sərfiyyatı uyğun hesablamadığı ilə bağlı açıqlamaya aydınlıq gətirib
“Açıqlamada qeyd olunduğu kimi, söhbət istismar müddəti bitmiş qaz sayğaclarından deyil, dövrü dövlət yoxlanışı üçün açılıb götürülən sayğaclardan gedir”.

Bunu Oxu.Az-a açıqlamasında “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov deyib.

O bildirib ki, mövcud qaydalara görə beş ildən bir əhali-abonent qrupunda məişət qaz sayğacları dövlət yoxlanışı üçün açılaraq götürülür və yerinə yenisi quraşdırılır.

Qurumun mətbuat katibi ikinci məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, sayğacların ümumiyyətlə istifadəsi müddətində onların iş prinsiplərində qüsurların yaranması mümkündür:

“Dövlət yoxlanışı zamanı heç də sayğacların hamısı saz vəziyyətdə çıxmır. Onların iş prinsiplərində qüsurların olması təcrübədə də özünü göstərir. Lakin bu heç də sayğacların sərfiyyatı artıq qeydə alması mənasına vermir. Açıqlamada qeyd olunan qüsur sayğacın artıq sərfiyyat qeydə alması anlamına gəlmir”.скачать dle 11.3