Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

"Səkkiz" serialının yayımı bərpa OLUNDU

22.01.2026 16:16 891
"Səkkiz" serialının yayımı bərpa olunub.

Bu barədə serialın quruluşçu rejissoru və baş rolun ifaçısı, aktyor Hikmət Rəhimov sosial şəbəkə hesabında paylaşımında məlumat verib.

O bildirib ki, serialın 2-ci bölümü yanvarın 24-də saat 23:00-da ARB-də yayımlanacaq.

"Şükür, "Səkkiz" qayıtdı, yayımı bərpa olundu. Dövlət həm yaradıcı heyətə, həm tamaşaçıların maraq və istəklərinə müsbət cavab verdi. Buna görə həm öz adımdan, həm yaradıcı heyət adından onlara təşəkkürümüzü bildiririk. Ədalətli qərar verən, Azərbaycan kino və serialının inkişafını dəstəkləyən hər kəsə sonsuz minnətdarıq. Qoyulan hər bir senzura qadağası incəsənətin inkişafına maneə olan amildir. Biz bütün qanunlara hörmətlə yanaşırıq", - deyə aktyor paylaşımında vurğulayıb.

Xatırladaq ki, yanvarın 13-də ARB kanalının efirində yayımlanan "Səkkiz" serialında personajlardan biri söyüş məzmunlu ifadələrdən istifadə edib və yayım zamanı bu səsləndirmə texniki vasitələrlə məhdudlaşdırılmayıb. Qeyd olunanlar nəzərə alınaraq Audiovizual Şuranın üzvləri ARB kanalına qarşı sanksiya tətbiq edilməsi və kanalın yayımının yanvarın 15-də üçsaatlıq dayandırlması barədə qərar qəbul ediblər. Daha sonra serialın yayımının həm "YouTube" platformasında, həm TV-də, həm də kinoteatrlarda dayandırılması barədə qərar verilib.скачать dle 11.3
Mojo.az Banner