Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Qubadlıda televiziya və radio yayımı təmin olundu

25.10.2021 17:03 3 261
Qubadlıda televiziya və radio yayımı təmin olundu
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” (“Teleradio”) İstehsalat Birliyi Qubadlı rayonunda televiziya və radio yayımını təmin edib.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, Xanlıq Radio-Televiziya Yayım Stansiyasının mövcud 50 metrlik qülləsindən istifadə olunmaqla səkkiz TV və iki radio proqramının Qubadlı şəhəri və rayonun 12 kəndində (Əlibəyli, Qoturbulaq, Xocahan, Qapanlı, Muğanlı, Hal, Xanlıq, Hənzəli, Əfəndilər, Qəzyan, Saray, Yuxarı Mollu) yayımı təmin olunub.

Xatırladaq ki, indiyədək işğaldan azad olunmuş ərazilərdə radio-televiziya yayım stansiyalarının fəaliyyətinin bərpası istiqamətində bir sıra işlər həyata keçirilib.

Belə ki, Şuşa Radio-Televiziya Yayım Stansiyasında müvafiq avadanlıqlar quraşdırılmaqla 31 dekabr 2020-ci il tarixindən etibarən Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələri TV və radio yayımı ilə təmin olunub. Bununla yanaşı, 4 oktyabr 2021-ci il tarixində Kəlbəcər şəhərində 17 metrlik yeni metal qüllə və müvafiq yayım avadanlıqları qurularaq istismara verilib. Bununla da Kəlbəcər şəhəri və rayonun ətraf 15 kəndində səkkiz TV və bir radio proqramının yayımı bərpa edilib.

Bundan əlavə, cari ilin 20 oktyabrında Zəngilan rayonunda Mincivan Radio-Televiziya Yayım Stansiyasının mövcud 30 metrlik qülləsindən istifadə olunmaqla səkkiz TV və iki radio proqramının Zəngilan şəhəri və Zəngilan rayonunun 10-dan artıq kəndində yayımına başlanılıb.

Hazırda işğaldan azad olunmuş digər ərazilərdə radio və televiziya yayımlarının bərpası istiqamətində işlər davam etdirilir, o cümlədən Xocavənd rayonunun Hadrut qəsəbəsinin Şahyeri stansiyasında bərpa işlərinin bu ilin sonuna qədər tamamlanması nəzərdə tutulur.

Son xəbərlər