Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Xankəndidə avtoxuliqanlıq edən şəxs həbs olundu - Video

22.01.2026 12:08 759
Xankəndidə avtoxuliqanlıq edən şəxs həbs olundu - Video
Xankəndidə ictimai asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Verilən məlumata görə, Xankəndi şəhərində fərdi əməklə məşğul olan 40 yaşlı Elnur Süleymanov şəhər ərazisində idarə etdiyi "Chevrolet Camara" avtomobili ilə qarlı hava şəraitində yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla təhlükəli manevrlər edərək avtoxuliqanlıq edib.

E.Süleymanov barəsində polis əməkdaşları tərəfindən protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs sürücülük hüququndan bir il müddətinə məhrum olmaqla, 15 sutka həbs edilib.

Son xəbərlər