Mojo.az Banner
18:43 Könül Qasımovanın həbs müddəti uzadıldı  |     18:21 Azərbaycanda həkim vəfat etdi - Foto  |     18:19 Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödəniləcək?  |     17:43 Ceyranbatanda yaşayış kompleksində yanğın başlayıb - Video  |     17:03 Tibb bacısı bıçaqlandı - Vəziyyəti ağırdır  |     16:53 Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq  |     16:44 Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar... - Ana və ögey ata həbs edildi  |     16:09 Ermənistana qorxu salan üç azərbaycanlı iddiası: MTX açıqlama yaydı  |     14:58 Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər  |     14:47 Həkimdən valideynlərə TƏCİLİ XƏBƏRDARLIQ: Bu iynəni uşağınıza vurduranda diqqətli olun!  |     14:40 Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - FOTO  |     14:32 Piyadanı vuran sürücü həbs oluna bilər? – Vəkildən AÇIQLAMA  |     14:28 Ucuz torpaq alıb ev tikənləri hansı təhlükələr gözləyir?  |     13:36 "Yandex"in data mərkəzi vuruldu  |     12:39 Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı  |     12:39 Bu işlərdə çalışanların ödündə daş yaranır  |     12:37 Ölkədə inflyasiya ilə bağlı son rəqəmlər açıqlandı  |     12:36 Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb  |     12:35 Doğulan və ölənlərin sayı açıqlandı  |     12:34 Əhalinin gəlirləri artıb - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Gəncədə "BakuBus"a məxsus avtobus PİYADANI VURUB

22.01.2026 13:24 426
Gəncədə
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün saat 11:00-da şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

"BakuBus"a məxsus 15 saylı xətt üzrə işləyən sərnişin avtobusu yolu qarşı tərəfə keçmək istəyən 1995-ci il təvəllüdlü Nuranə Əfqan qızı Zeynalovanı vurub. Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq "BakuBus" MMC-dən bildirilib ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospektində 15 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

"İlkin məlumata əsasən, qadının piyadalar üçün nəzərdə tutulmayan ərazidən qəfil yola çıxması səbəbindən sürücü nəqliyyat vasitəsini dayandıra bilməyib və nəticədə piyada xəsarət alıb. Xəsarət alan şəxs dərhal təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı aidiyyəti dövlət qurumlarına məlumat verilib. "BakuBus" MMC bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına riayət etməyə, xüsusilə piyada keçidlərindən istifadə etməyə və diqqətli olmağa çağırır", - deyə məlumatda bildirilir.скачать dle 11.3
Mojo.az Banner