Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Sərnişin özünü "BakuBus"un avtobusunun qarşısına atıb

03.04.2018 11:40 2 053
Sərnişin özünü
"BakuBus" MMC-yə məxsus avtobusun sürücüsü ilə sərnişin arasında münaqişə yaranıb.

Hadisə 2 saylı marşrut xətti üzrə hərəkət edən 99-JX-277 dövlət nömrə nişanlı avtobusda qeydə alınıb.

Sürücü Xaqani Məmmədhəsənovun iddiasına görə, sərnişin onu təhqir edib və avtobusu saxlamaq üçün onun qarşısına keçib. X.Məmmədhəsənov məsələ ilə bağlı polisə şikayət edib və hadisə yerinə gələn polis vətəndaşı polis bölməsinə aparıb.

İnsident nəticəsində avtobusun hərəkət qrafiki pozulub və sərnişinlər həmin marşrut üzrə hərəkət edən növbəti avtobusla yola salınıblar.

"BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev "Report"a açıqlamasında hadisədən xəbərdar olduqlarını və məsələni araşdırdıqlarını deyib: "Bu gün səhər saat 08:40 radələrində 2 saylı marşrut xətti üzrə hərəkət edən "BakuBus"a məxsus 99-JX-277 dövlət qeydiyyat nişanlı avtobus metronun "20 Yanvar" stansiyası dayanacağından sərnişinləri götürüb çıxarkən bir sərnişin qarşı tərəfdən yolu keçərək yaxınlaşıb. Avtobusun yolun hərəkət zolağına daxil olduğunu, qapıların bağlandığını və sürücünün saxlamayacağını görərək özünü avtobusun önünə atıb ki, sürücü yolun ortasında qapını açsın və o, avtobusa daxil olsun. Sürücü isə avtobusun hərəkətini dayandıraraq yaxınlıqdakı polis əməkdaşlarını əraziyə çağırıb. Daha sonra polisin nəzarəti ilə avtobusun hərəkəti təmin edilib. Ümumilikdə avtobusun hərəkətində 7 dəqiqəyə yaxın ləngimə yaranıb"./report.az

Son xəbərlər