Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

“BakuBus” avtobusu əks yola çıxdı - Bakı Nəqliyyat Agentliyi məlumat yaydı (VİDEO)

31.10.2018 14:23 2 469
“BakuBus” avtobusu əks yola çıxdı - Bakı Nəqliyyat Agentliyi məlumat yaydı (VİDEO)
Bir sıra Kütləvi İnformasiya Vasitələrində və sosial şəbəkələrdə 6 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusun qoşa xəttin tələbini pozaraq əks hərəkət zolağına çıxmasına dair sosial şəbəkələrdə və KİV-də yayımlanan məlumat və video görüntü nəzarətə götürülərək araşdırılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumatda bildirilir.

Müəyyən edilib ki, 17.10.2018-ci il tarixində Həsən Əliyev küçəsi ilə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobuslardan birində texniki nasazlıq yaranıb və nəqliyyat vasitəsi yolda dayanmalı olub.

Bu səbəbdən, həmin avtobusun arxa tərəfi ilə hərəkət edən avtomobillər, o cümlədən də 6 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu da qısa məsafəni qət etmək üçün əks hərəkət zolağına çıxıb. Texniki nasazlıq səbəbindən yolda dayanan avtobusu keçdikdən sonra nəqliyyat vasitəsi marşrut xətti üzrə müəyyən olunan zolaqla hərəkətini davam etdirib.

Məlumat üçün onu da bildiririk ki, 6 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun əks yola çıxmasına dair sosial şəbəkələrdə görüntü yayan vətəndaşa araşdırmanın nəticəsi barədə məlumat verilib. Həmçinin, o, hadisənin bütöv şəkildə əhatə olunduğu görüntülərə baxmaq üçün “BakuBus” MMC-yə dəvət edilib. Vətəndaş isə avtomobillərin və avtobusun əks yola çıxmasının səbəbini bildiyini deyərək, “BakuBus” MMC-yə gəlməkdən imtina edib.

Bakı Nəqliyyat Agentliyi sosial şəbəkə istifadəçilərindən və KİV nümayəndələrindən real vəziyyəti əks etdirməyən, birtərəfli məlumat və görüntülər yaymamaqlarını xahiş edir. Qarşılaşdığınız bu və ya digər hallarla bağlı ilk olaraq Bakı Nəqliyyat Agentliyinə müraciət etməyinizi tövsiyə edir və nəqliyyatdakı mövcud çatışmazlıqları aradan qaldırmaqda hər birinizi birgə əməkdaşlığa dəvət edirik.скачать dle 11.3

Son xəbərlər