Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

175 nömrəli avtobusdan sərnişinlərin düşürülməsinə rəsmi münasibət

22.09.2018 17:20 1 982
175 nömrəli avtobusdan sərnişinlərin düşürülməsinə rəsmi münasibət
Bakı Nəqliyyat Agentliyi 175 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusdan sərnişinlərin düşürülməsinə dair yayıılan məlumata münasibət bildirib.

Median.Az xəbər verir ki, burumun mətbuat katibi Mais Ağayev Trend-ə bildirib ki, məsələ Bakı Nəqliyyat Agentliyi tərəfindən nəzarətə götürülüb və araşdırma aparılıb:

"Müəyyən edilib ki, 14.09.2018-ci il tarixində saat 18:30 radələrində 175 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus "28 May" metrostansiyasının qarşısından Hövsan qəsəbəsi istiqamətində hərəkətə başlayıb. Lakin həmin ərazidə tıxac olduğundan avtobus uzun müddət hərəkət edə bilməyib. Bu zaman sərnişinlər sürücüdən avtobusun qapısını açmağı və onların düşməsinə şərait yaradılmasını tələb ediblər. Sürücü öz növbəsində bu barədə "BakuBus" MMC-yə məlumat verdikdən sonra sərnişinlər üçün müvafiq şərait yaradıb. Bir neçə sərnişin istisna olmaqla, qalanları avtobusu tərk edib. Avtobusdan düşməyən sərnişinlər tıxac aradan qalxandan sonra avtobusun salonunda olan sərnişinlərlə birgə Hövsan qəsəbəsi istiqamətinə yollanıb".


M.Ağayev əlavə edib ki, məsələnin həqiqətə uyğun olmayan tərzdə təqdim edilməsi təəssüf doğurur: "Media nümayəndələrindən bir daha xahiş edirik ki, müntəzəm sərnişindaşıma ilə bağlı hər hansı bir məlumatı dərc etməzdən öncə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinə müraciət etsinlər".скачать dle 11.3

Son xəbərlər