Mojo.az Banner
19:38 Bakıda qadın uşaqlarını gözəllik salonunda qoyub qaçdı - Video  |     19:30 Məşhur brendlərin Azərbaycandakı təmsilçisi cərimələndi  |     19:25 Gömrük güzəşti 300 dollardan 100 dollara endirilir?  |     19:17 Sabah bəzi rayonlara qar yağacaq, yollar buz bağlayacaq  |     19:11 Bu hallarda maaşlar ikiqat hesablanacaq  |     19:04 İranda etiraz aksiyaları zamanı ölənlərin sayı 5800-ü keçib  |     18:52 Süni intellekt efirdəki dil qüsurlarını üzə çıxardı: Audiovizual Şurada monitorinqin nəticələri MÜZAKİRƏ EDİLDİ  |     18:50 Əkin yerinin yandırılmasına görə yeni cərimələr  |     18:31 Dostunun canlı yayımında qeyri-etik ifadələr işlədən şəxs həbs olundu  |     18:27 Naməlum şəxslər futbol matçı zamanı atəş açdı - 11 nəfər öldü  |     18:23 Azərbaycan beynəlxalq axtarışda olan şəxsləri Moldova və Çinə təhvil verib  |     18:16 Paytaxtda sıxlıq olan küçələr var  |     18:14 Övladlarını məsuliyyətdən azad etmək istədi, 20 min ziyana düşdü  |     17:58 Malayziyada vəfat edən ANAMA əməkdaşının nəşi ölkəmizə gətiriləcək  |     17:27 Tanınmış idmançı məhkəmə qərarını icra etmədi, 500 manat cərimə olundu  |     17:16 Həbsdə olan sabiq diplomata Amnistiya aktı tətbiq olundu  |     17:15 AFFA rəsmisi UEFA-dan təyinat alıb  |     16:56 İlham Əliyev elektron siqaretlərlə bağlı QADAĞANI TƏSDİQLƏDİ  |     16:11 Bakıda avtobus sürücüsü küçədə döyüldü  |     15:26 General-mayor Novruzəli Orucovun oğlu keçmiş sevgilisini təhdid edir - İDDİA  |    
Left Banner
Right Banner

Bakıda qandonduran CİNAYƏT: Qadını doğrayıb, zibil qutusuna atdılar

27.01.2021 13:47 3 363
Bakıda qandonduran CİNAYƏT: Qadını doğrayıb, zibil qutusuna atdılar
Yanvarın 27-də saat 1 radələrində Nəsimi rayonu 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsində məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında 4 ədəd kisədə və 1 ədəd sellofan torbada doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələrinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bununla bağlı Nəsimi rayon prokurorluğu məlumat yayıb.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən zərərçəkmişin şəxsiyyətinin müəyyən edilməsi, cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.скачать dle 11.3