Azərbaycanda yol polislərinə qarşı zor tətbiq edən şəxs tutuldu - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:04 Tramp yeni gömrük rüsumları ilə bağlı məktubları ölkələrə nə vaxt göndərəcək?  |     20:59 Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? (VİDEO)  |     20:51 Okeanlarda milyon illər əvvəl baş vermiş hadisə təkrarlana bilər?  |     20:45 Andrey Bədəlov pəncərədən yıxılaraq öldü  |     20:37 Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT (VİDEO)  |     20:30 Faktiki hava açıqlandı  |     20:22 İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri başa çatıb  |     20:17 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb  |     20:02 Azərbaycanda temperaturun yüksələcəyi, normadan artıq olacağı gözlənilir  |     19:41 “Yay musiqi konserti”nin ziyarətçiləri xüsusi avtobuslarla daşınacaq  |     19:34 Tehran aeroportu müharibədən sonra ilk xarici uçuşu qəbul edib  |     19:34 "Moody’s" güclü ehtiyatlar və manatın sabitliyi fonunda Azərbaycanın reytinq tavanlarını yüksəldib  |     19:28 Azərbaycanda kirayə mənzil fonduna daha 359 mənzil əlavə olunub  |     19:21 Vəkillər Kollegiyasına üzv olmaq istəyən 421 nəfər üçün imtahan keçiriləcək  |     19:16 “Moody’s" Azərbaycanın kredit reytinqini investisiya səviyyəsinə yüksəldib  |     19:11 "Atletiko"nun futbolçusu İspaniyanın başqa klubuna keçib  |     19:02 “Azərxalça”nın yığılmış zərəri 24 milyon manatı keçib  |     18:57 MM borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət verilməsi təklifini I oxunuşda qəbul edib  |     18:50 Sabah yağış yağacaq, külək güclənəcək - PROQNOZ  |     18:42 208 nəfər Kəlbəcər sakini itkin düşmüş kimi qeydiyyata alınıb  |    

Azərbaycanda yol polislərinə qarşı zor tətbiq edən şəxs tutuldu - RƏSMİ

Yanvarın 17-də saat 23 radələrində Goranboy rayonu, Qızılhacılı qəsəbəsi ərazisində Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Goranboy rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Yol Patrul Xidmətinin inspektorları Aqil Nuriyev və Rəşad Əsədovun xidməti vəzifələrini icra edərkən Qızılhacılı qəsəbə sakini, 1996-cı il təvəllüdlü Vüsal İsgəndərlinin onlara qarşı zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Vüsal İsgəndərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 758 19.01.21 14:25