Şəhərlərarası və rayonlararası hərəkət bərpa edilir - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:39 Onkologiyada inqilab: Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək  |     11:31 Şəmkirdə ağır qəza: Ölən və yaralananlar var  |     11:16 Ötən gün 28 nəfər Almaniyadan Azərbaycana readmissiya olunub  |     11:15 Yuxarı Qarabağ kanalından aşkarlanan naməlum meyitin kimliyi məlum OLDU  |     11:08 Azərbaycanda xərçəng xəstələrinin sayı artdı - RƏSMİ  |     22:56 Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var  |     22:42 Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı  |     22:35 Aşıq Əhliman insult keçirib  |     22:28 Azərbaycanın Fransadakı səfirliyinə hücumun əsas iştirakçısının cəzası ağırlaşdırılıb  |     22:21 Rusiyada polisə rüşvət təklif edən azərbaycanlı 8 min manat cərimələndi  |     22:14 Natəvan Bayramova yeni vəzifəyə təyin olundu  |     21:48 Azərbaycan və Pakistan XİN rəhbərləri arasında telefon danışığı olub  |     21:23 Ermənistanda hərbi hissədə partlayış: Yaralananlar var  |     21:14 Sabirabadda qadının doğuş zamanı ölümünün səbəbi açıqlandı  |     20:25 Ermənistanın keçmiş müdafiə naziri İstintaq Komitəsində dindirilir  |     20:20 Sabah Balakəndə 20 mindən artıq abonentin qazı kəsiləcək  |     20:11 Ağdamda lift və eskalator istehsalı müəssisəsi yaradılacaq  |     20:04 Azərbaycanda “Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiqlənib  |     19:56 Sabah çimərliklərdə suyun temperaturu 24 dərəcəyədək yüksələcək  |     19:50 Sabah bəzi yerlərə yağış yağacaq  |    

Şəhərlərarası və rayonlararası hərəkət bərpa edilir - RƏSMİ

Şəhərlərarası və rayonlararası hərəkət bərpa edilir.

Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Qərara əsasən, şəhərlərarası və rayonlararası hərəkət 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən mümkün olacaq.

2021-ci il 18 yanvar saat 00:00-dan 25 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinin ərazilərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxışa Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada müvafiq təşkilatların əməkdaşlarına xidməti vəsiqə, ezamiyyə vərəqəsi, diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşlarına isə müvafiq akkreditasiya kartları əsasında, habelə Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilən digər şəxslərin qeyd olunan ərazilərə giriş-çıxışına həmin şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icazə.e-gov.az” portalına daxil edildikdən sonra ezamiyyə vərəqəsi əsasında icazə veriləcəkdir. Yaxın qohumunun dəfnində iştirakla əlaqədar Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzləri (kənd və qəsəbələr istisna olmaqla) arasında və onların hüdudlarından kənara hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin “102” Xidməti – Zəng Mərkəzi vasitəsilə alınmış icazə əsasında hərəkət edə bilər.

2021-ci il 18 yanvar saat 00:00-dan 25 yanvar saat 00:00-dək beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzləri (kənd və qəsəbələr istisna olmaqla) arasında və onların hüdudlarından kənara hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin həmin ərazilərə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında icazə verilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 665 16.01.21 14:59