Teymur Rəcəbov Çempionlar Turuna başçılıq edir » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:53 Attestasiya imtahanından keçməyən bəzi müəllimlərə ikinci şans veriləcək  |     15:48 Bakıda bu ərazi yanır  |     15:47 DİN Bakıda narkotik tranziti və onlayn dələduzluqda şübhəli bilinən Rusiya vətəndaşlarından ibarət iki dəstəni saxlayıb (FOTO)  |     15:40 Dənizdən meyiti tapılan şəxs tələbə imiş...  |     15:39 Tiktoker Roşka ev dustaqlığına buraxılmadı  |     15:35 Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?  |     15:28 Türkiyədə zəlzələ oldu  |     15:24 Karantin rejiminin müddəti uzadıldı - Bu gündən  |     15:20 Xalq artistinə ağır itki  |     15:13 Məktəbli formalarını bu gündən daha ucuz qiymətə ala bilərsiniz  |     15:08 Növbəti həftə magistraturaya ixtisas seçimi başlayır  |     15:03 Rusiyanın dörd hava limanı fəaliyyətini dayandırıb  |     14:56 Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb  |     14:50 Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq  |     14:42 Hindistanda kimyəvi zavodda partlayış baş verib, 30-dan çox ölən var  |     14:37 Bakı Metropolitenində reklam lövhələri narazılığa səbəb oldu - FOTO  |     14:31 "Beşiktaş" Temmi Abrahamla danışıqlara başladı  |     14:25 Rəisdən ŞOK AÇIQLAMA: "Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim"  |     14:11 Yekaterinburqda Səfərov qardaşlarının qətli ilə bağlı Azərbaycanda cinayət işi BAŞLANDI  |     14:08 Azər Zahid ev dustaqlığına buraxıldı  |    

Teymur Rəcəbov Çempionlar Turuna başçılıq edir

İki gün əvvəl Ermənistan şahmatçısı Levon Aronyana qalib gəlməklə 60 min dollar qazanan Teymur Rəcəbovun sürətli şahmat üzrə onlayn Çempionlar Turu çərçivəsində növbəti yarışının vaxtı bəllidir.

Bu turnirin növbəti mərhələsi 6-14 fevral (müntəzəm) tarixlərində keçiriləcək. Bu yarışda qalib 30 min, finalçı 15 min dollar qazanacaq.

Bundan başqa, Çempionlar Turunun 13-21 mart (əsas), 24 aprel - 2 may (müntəzəm), 23-31 may (əsas), 26 iyun – 4 iyul (müntəzəm), 31 iyul – 8 avqust (müntəzəm), 28 avqust – 5 sentyabr (müntəzəm) və 25 sentyabr – 3 oktyabr (final) tarixlərində mərhələləri keçiriləcək.

Qeyd edək ki, hazırda Teymur Rəcəbov yarışın baş tutmuş iki mərhələsi – “Skilling Open” (22-30 noyabr) və “Airthings Masters” (26 dekabr – 3 yanvar) turnirləri üzrə turnir cədvəlinə başçılıq edir. Şahmatçımız ilk yarışda 3, ikincidə 88 xal toplamaqla 91 xal qazanıb.

İkinci sırada “Skilling Open”ın qalibi Uesli So (ABŞ) gedir. Filippin doğumlu idmançının 62 xalı var. Levon Aronyan (Ermənistan) və klassik şahmat üzrə hazırkı dünya çempionu Maqnus Karlsen (Norveç) 50 xala malikdir.

Onu da bildirək ki, müntəzəm və əsas turnirlərin fərqi reqlamentdə və mükafat fondundadır. Belə ki, əsas turnirlərdə mükafat fondu 200 min, müntəzəmdə 100 min dollardır. Final mərhələsində isə 300 min dollar şahmatçıların tutduğu yerdən asılı olaraq paylanılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            978 05.01.21 14:31