Paşinyandan əsirlərin mübadiləsi ilə bağlı AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:06 Rusiyada Araz Ağalarova qarşı icraat başladılıb  |     22:48 Çin şirkəti ChatGPT-nin süni intellekt sahəsində üstünlüyünü zəiflədir - WSJ  |     22:46 AZAL təyyarəsinin vurulmasına dair yeni DETALLAR  |     22:01 Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatdı  |     21:57 Azərbaycanda bir qrup şəxsə aylıq müavinətin verilməsi DAYANDIRILDI  |     21:34 Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət veriləcək  |     21:26 Əli Əsədov Ersin Tatar ilə əməkdaşlıq məsələlərini müzakirə edib  |     21:14 Ermənistan Rusiya dondurmasının idxalına qadağa qoydu  |     20:46 "Qaynana" və digər 4 restoran cərimələndi  |     20:43 Şəxsiyyət vəsiqələrinin forması dəyişəcək  |     20:14 Azərbaycanın turizm imkanları Asiya ölkələrində təbliğ ediləcək  |     20:10 Bu il ilk dəfə Şuşa və Ağdamda qanvermə aksiyası keçiriləcək  |     20:03 Gürcüstandan çox sayda əcnəbi deportasiya edilib, azərbaycanlı da var  |     19:58 Sabah hava küləkli olacaq  |     19:52 Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul qaydası açıqlanıb  |     19:45 Son iki ayda 16 nəfər qarpızdan zəhərlənib  |     19:39 KTM: Ötən ay 100 nəfərə yaxın insan zəhərlənib, 3-ü ölüb  |     19:31 Nəhəng aviaşirkətin müştəri bazası haker hücumuna məruz qalıb  |     19:25 FES sentyabradək faiz dərəcəsini azalda bilər  |     19:17 Süveyş körfəzində qazma qurğusu batıb, ölənlər var  |    

Paşinyandan əsirlərin mübadiləsi ilə bağlı AÇIQLAMA

Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı və İrəvanın Dağlıq Qarabağ münaqişəsi zonasında əsir mübadiləsi zamanı “hamının hamıya” prinsipi ilə bağlı razılığa gəldiyini elan edib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

“Ən mühüm vəzifə əsirlərin geri qaytarılmasıdır. Demək istəyirəm ki, burada müəyyən irəliləyiş var. Əsasən, “hamının hamıya” mübadilə prinsipi razılaşdırılıb”, - deyə Paşinyan həmyerlilərinə televiziya ilə müraciətində bildirib.

Onun sözlərinə görə, söhbət həm Qarabağda münaqişənin son gərginləşməsi zamanı, həm də ondan əvvəl əsir düşənlərdən gedir. Paşinyan əlavə olaraq, əsirlərin geri qaytarılması mexanizmlərin hazırlanmasının zəruriliyini də vurğulayıb.

Ermənistan baş naziri digər vacib problemin itkin düşənlərin axtarışı olduğunu bildirib. O, noyabrın 9-dan bəri 600-dən çox ölü hərbçinin cəsədinin münaqişə zonasından çıxarıldığını, 500 meyitin şəxsiyyətini müəyyənləşdirmə mərhələsində olduğunu söyləyib.

“Yüksək bir ehtimalla, bunların itkin düşmüş həmyerlilərimizin meyitləri olduğunu söyləyə bilərik... Şəxsiyyətin müəyyən edilməsi DNT testləri istifadə edilərək həyata keçirilir. Bu günə qədər ölənlərdən 135-nin şəxsiyyəti müəyyənləşdirilərək qohumlarına təhvil verilib”, - deyə o bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 313 05.12.20 15:45