"Tək istəyim odur ki, desinlər oğlun sağdır" - Bayramın anası danışdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:06 Rusiyada Araz Ağalarova qarşı icraat başladılıb  |     22:48 Çin şirkəti ChatGPT-nin süni intellekt sahəsində üstünlüyünü zəiflədir - WSJ  |     22:46 AZAL təyyarəsinin vurulmasına dair yeni DETALLAR  |     22:01 Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatdı  |     21:57 Azərbaycanda bir qrup şəxsə aylıq müavinətin verilməsi DAYANDIRILDI  |     21:34 Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət veriləcək  |     21:26 Əli Əsədov Ersin Tatar ilə əməkdaşlıq məsələlərini müzakirə edib  |     21:14 Ermənistan Rusiya dondurmasının idxalına qadağa qoydu  |     20:46 "Qaynana" və digər 4 restoran cərimələndi  |     20:43 Şəxsiyyət vəsiqələrinin forması dəyişəcək  |     20:14 Azərbaycanın turizm imkanları Asiya ölkələrində təbliğ ediləcək  |     20:10 Bu il ilk dəfə Şuşa və Ağdamda qanvermə aksiyası keçiriləcək  |     20:03 Gürcüstandan çox sayda əcnəbi deportasiya edilib, azərbaycanlı da var  |     19:58 Sabah hava küləkli olacaq  |     19:52 Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul qaydası açıqlanıb  |     19:45 Son iki ayda 16 nəfər qarpızdan zəhərlənib  |     19:39 KTM: Ötən ay 100 nəfərə yaxın insan zəhərlənib, 3-ü ölüb  |     19:31 Nəhəng aviaşirkətin müştəri bazası haker hücumuna məruz qalıb  |     19:25 FES sentyabradək faiz dərəcəsini azalda bilər  |     19:17 Süveyş körfəzində qazma qurğusu batıb, ölənlər var  |    

"Tək istəyim odur ki, desinlər oğlun sağdır" - Bayramın anası danışdı

"Mən Bayramın yolunu bir il də gözləyərəm təki desinlər ki, balam sağdır. Mən onun azyaşlı oğlunu və həyat yoldaşını sakitləşdirə bilmirəm. Hamımız pərişanıq".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında erməni əsirliyində olan Kərimov Bayramın anası Kərimova Zülfiyyə deyib.

O bildirib ki, Bayram müharibəyə könüllü gedib: Bayram mənim ilk övladımdır. Ondan başqa bir oğlum və qızım var. O biri oğlum da cəbhədədir.

Bayram II Qarabağ müharibəsi başlayan kimi könüllü olaraq orduya getdi. Sonuncu dəfə noyabrın 6-sı danışdı bizimlə. Bizə bildirdi ki, Şuşaya gedirlər və bundan sonra əlaqə yaratmaq çətin ola bilər.

Zülfiyyə Kərimova deyib ki, Bayramın övladı atasının yolunu gözləyir: Oğlu atasının şəklinə baxıb "atam gələcək" deyərək ağlayır. Nə onu, nə də Bayramın həyat yoldaşını sakitləşdirə bilmirik.

Zülfiyyə ana bir daha Qırmızı Xaç Komitəsinə müraciət edib: "Balamı sağ-salamat qaytarıb versinlər. Balamın heç olmasa bir səsini və ya görüntüsünü versinlər. Şəklin göstərsinlər və desinlər ki, balam sağ-salamatdır. Eybi yox mən 1 il də gözləyərəm. Təki bilim ki, balam salamatdır və onu verəcəklər bizə.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            966 21.11.20 21:15