Rusiyalı politoloqlar dinc şəhərlərə hücumları pislədilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |    

Rusiyalı politoloqlar dinc şəhərlərə hücumları pislədilər

Azərbaycanın dinc sakinlərinə qarşı Ermənistan tərəfindən edilən raket hücumları ilə bağlı Rusiyanın bəzi politoloqları fikirlərini bölüşüblər.

“Report”un Rusiya bürosu xəbər verir ki, hərbi ekspert İqor Korotçenko bu əməlləri müharibə cinayəti olaraq səciyyələndirərək Ermənistan rəhbərlərinin cəzalandırılmasının vacibliyini qeyd edib:

“Beynəlxalq humanitar hüquqa əsasən, mülki əhalini öldürmək, dinc şəhərləri atəşə tutmaq müharibə cinayəti sayılır, buna başqa ad vermək mümkün deyil. Yəni bu kimi əməllərə görə beynəlxalq cinayət məhkəməsinin təyin edəcəyi müvafiq cəzalar nəzərdə tutulur. Bəs bunu niyə edirlər? Başlıca səbəb, məncə, döyüş meydanında Ermənistan hərbi birləşmələrinin uğur qazana bilməyib geri çəkilməyə məcbur olmasıdır. Bunun əvəzini də bu cür hücumlarla çıxırlar”.

“Vesti Kavkaza” İnformasiya Agentliyinin baş eksperti Andrey Petrov da bu raket hücumlarını terror olaraq dəyərləndirərək Azərbaycanın mümkün qədər çox dinc sakinlərini öldürmək niyyəti daşıdığını bildirib:

“Azərbaycanın dinc şəhərlərinin vurulması əhaliyə qarşı törədilən terrordur. Artıq Ermənistanı terrorçu təşkilatın idarə etdiyini söyləyə bilərik. Yəni Nikol Paşinyan hökuməti Azərbaycanda mümkün qədər çox dinc sakini qətlə yetirmək, onlara vahimə salmaq məqsədini güdən terrorçu təşkilatdır, yalnız bu cür səciyyələndirilə bilər. Bu məqsədə doğru onlar ardıcıllıqla irəliləyirlər. Yəni həm bu hücum, həm də əvvəlki hücumlar heç də məsələn, azad olunan bir ərazinin qisasını almaq və ya qorxutmaq məqsədli hansısa əlahiddə bir əməliyyat deyil. Paşinyan rejimi Azərbaycan əhalisini məhv etməyi nəzərdə tutan konkret bir planı var və bu plana da əməl edirlər. Odur ki, bütün beynəlxalq təşkilatlar bunu dərk etməli, qəbul etməlidir. Ermənistanın törətdiyi müharibə cinayətlərini tanımaq və bu terrorçuluq fəaliyyətinə son vermələri üçün onlara lazımi təzyiq göstərmək lazımdır”.

Şərqşünas, türkoloq Yuri Mavaşev Ermənistanın başlıca məqsədinin Azərbaycana qarşı müharibəyə Rusiyanı da cəlb etmək olduğunu düşünür:

“Bu müharibədə elə lap əvvəldən mülki obyektlərə qarşı, həm də məhz Ermənistan tərəfindən Azərbaycan ərazisinə qarşı hücumların səciyyəvi hal alması göz qabağındadır. Bu, çox mühüm məqamdır, çünki bu müharibəyə KTMT-ni cəlb etmək, Rusiyanın Ermənistan tərəfində iştirakına nail olmaq məqsədilə mütəmadi təxribatlar törədilir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            882 29.10.20 19:50