Sergey Markov: “Azərbaycan hərbi qələbəyə yaxındır” » Median.Az - Bütün xəbərlər bir ünvanda


Sergey Markov: “Azərbaycan hərbi qələbəyə yaxındır”
“Azərbaycan Dağlıq Qarabağda hərbi qələbəyə yaxındır. Bəlkə də bir neçə saatdan sonra Azərbaycan Ordusu Ermənistanla Dağlıq Qarabağı birləşdirən Laçın dəhlizinin cənub mövqelərini ələ keçirib atəşlə öz nəzarəti altına alacaq”.

Bu barədə rusiyalı politoloq Sergey Markov öz “Facebook” səhifəsində yazıb.

O, yazısında qeyd edir ki, şimal dəhlizi təxminən bir həftə əvvəl bloklanmışdı:

“Orada hər tərəf atəş altındadır. Azərbaycan ordusu havada üstünlüyü tamamilə öz nəzarəti altına alıb. Dağlıq Qarabağın cənub dəhlizi hərbi blokadaya alınandan sonra Ermənistan ordusu çıxılmaz vəziyyətdə qalacaq. Artıq bu zaman müharibənin davam etdirilməsi hərbi geyimdə olan insanların məhvinə çevriləcək. Bu, artıq heç kimə lazım deyil”,

Rusiyalı siyasi şərhçi hadisələrin davamına dair də proqnozunu verib.

“Buna görə də düşünürəm ki, bu hərbi qələbədən sonra Azərbaycan Prezidenti İlham Əliyev atəşi dayandırmağa və danışıqlara başlamağa hazır olduğunu bəyan edəcək. Bu, artıq atəşkəs yox, sülh danışıqları olacaq. Sülhün şərtləri barədə. Ermənistan qoşunlarının Azərbaycanın bütün ərazilərindən tamamilə çıxarılmasının şərtləri barədə. Həmçinin erməni əhalisinin vəziyyəti haqqında. Rusiya bu danışıqlarda əsas təşkilatçı və vasitəçi olacaq. Vladimir Putinin çıxışı bu barədə idi, baxmayaraq ki, o vaxt bunu hamı anlamadı. Putin isə bir neçə saatdan sonra bölgədəki geosiyasi vəziyyətin kökündən dəyişəcəyini bilirdi. Azərbaycan hərbi qələbəyə yaxındır”.


скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          393 24.10.20 20:18