Mojo.az Banner
21:58 Süni intellektlə saxta materiallar hazırlayıb yayanların NƏZƏRİNƏ - Video  |     21:54 Həkim alkoqol asılılığının gizli əlamətləri barədə xəbərdarlıq etdi  |     21:48 Xırdalanda ağacları kim və niyə kəsir? (VİDEO)  |     21:44 İran futbol üzrə dünya çempionatı ilə bağlı şərtlərini açıqladı  |     21:21 Macarıstanda yeni Baş nazir seçildi - Orban dövrü bitdi  |     21:13 Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq  |     20:50 "Mançester Yunayted" "Sanderlend"lə heç-heçə etdi  |     20:36 Gəncədə zavod ərazisində YANĞIN  |     20:29 Xamenei üç yerdən yaralanıbmış - İran ilk dəfə açıqladı  |     20:23 Azərbaycanda DƏHŞƏT: Uşaq bağçasının həyətində meyit tapıldı  |     20:07 Trampdan hantavirus açıqlaması  |     20:01 BMT-dən XƏBƏRDARLIQ: Dünyada ərzaq böhranı yaranır  |     19:47 Yollarla bağlı xəbərdarlıq  |     19:39 Həmin görüntülərə görə üzr istədi –Video  |     19:33 Azərbaycanlı qadın Almaniyada İTKİN DÜŞDÜ  |     19:25 Gec yatmaq ömrü qısaldır? – ARAŞDIRMA  |     19:20 Pensiyaçılara şad xəbər – bu şəxslərin təqaüd yaşı azaldılacaq  |     19:14 Şəkərli diabetin gizli siqnalları: Bu əlamətlərə diqqət yetirin!  |     19:05 Bu vitaminləri ehtiyacınız olmadan qəbul etməyin - Xəbərdarlıq  |     19:00 Qırmızı kod: Sakit okeanda son 150 ilin ən güclü anomal hadisəsi baş verə bilər  |    
Left Banner
Right Banner

Tənhalığı insan nitqindən anlamaq mümkündür

25.09.2020 21:34 2 892
Tənhalığı insan nitqindən anlamaq mümkündür
İnsanın danışığından yalnızlıq dərəcəsini qiymətləndirə bilən süni intellekt hazırlanıb.

“Report” “Medical Xpress”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Kaliforniya Universiteti psixiatrları və IBM-in (Beynəlxalq Biznes Maşınları) əməkdaşları birgə hazırlayıblar.

Tədqiqatçıların süni intellektlə məşğul olmasına səbəb sərt karantin zamanı bir çox insanların, xüsusilə yaşlıların daha kəskin şəkildə tənhalığı hiss etməsi olub. Elə məhz buna görə süni intellekt onların üzərində sınaqdan keçirilib. Təcrübə zamanı alimlər 66 ilə 94 yaş arası 80 könüllünün hər biri ilə bir saat yarım müsahibə aparıblar. Təcrübə zamanı könüllülərin qeydə alınmış replikaları araşdırıb, nitqi incələyən süni intellekt vasitəsilə işləyiblər.

Məlum olub ki, süni intellekt tənhalıq səviyyəsini 94 % təyin edə bilib. Alqoritmlər bir qanunauyğunluğu da ortaya çıxarıblar: insan özünü nə qədər yalnız hiss edirsə, bir o qədər də birbaşa tənhalıqla bağlı suallara uzun cavab verib. Eyni zamanda qadın kişilərdən daha çox özlərini tənha hiss etdiklərini etiraf ediblər. Kişilər isə cavablarında əksərən “qorxulu və şən” ifadələri işlədiblər.

Alimlər süni intellekt üzərində daha da işləməyi planlaşdırırlar. Bəlkə, onda onu ahılların müayinəsi zamanı tətbiq etmək mümkün olacaq.скачать dle 11.3
Mojo.az Banner