Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:47 Uşaqlarını internata qoyub evə qayıtdı, arvadını bıçaqladı - Xaçmazdakı cinayətin təfərrüatı | 14:41 Noyabrın ən şanslı bürcləri bəlli oldu – Kimləri uğur gözləyir? | 14:27 Noyabrda ardıcıl 4 gün iş olmayacaq | 14:13 Green Card arzusu niyə yarımçıq qalır? – Trampın miqrasiya siyasətinin pərdəarxası | 14:00 Jurnalistlərlə bağlı hadisələrin arxasında hansı səbəblər dayanır? – Açıqlama | 13:54 Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı AÇIQLAMA | 13:36 Binədə törədilən qətllə bağlı ailənin azyaşlı övladı: "Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq" | 13:26 Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq? | 13:09 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia | 13:06 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - Video | 13:01 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama | 12:57 Azərbaycanda reabilitasiya mərkəzlərindən biri ləğv olunur | 12:53 İstilik mövsümünə daha tez başlanılan rayonların sayı xeyli artırıldı - Siyahı (Yenilənib) | 12:38 Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı? | 12:32 200 min manatlıq rüşvətə görə həbs edilən vəzifəli şəxslərdən xəbər var | 12:22 Müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiyalar elan edilir | 12:20 Oğuzda meşədən yanmış kişi meyiti tapıldı | 12:19 25 gün meteor yağışı olacaq | 12:09 İşdən çıxarılan şəxslərə kredit borcları ilə bağlı şad xəbər | 11:44 Novxanı-Pirşağı yolunda qəza: 5 nəfər xəsarət aldı |
Mojo.az Avto
Mojo.az Avto

"Qızlar seksual görünür, amma üzlərindəki nur itib" - Çingiz

15.09.2020 21:45 3 759
"Açılışlara, dəvətlərə getmirəm. Orada şou-biznes nümayəndələri olur. Gəlirlər, "necəsən" və gedir. Çox qeyri-səmimidilər. Çox insan olan yeri sevmirəm. Hamı ilə görüşməlisən, salamlaşmalısan, bu, mənim üçün işgəncədir. Səni yola verirlər və sən də kimisə yola verirsən. İnsanın həyatında hər şey çox olmamalıdır: pul, dost...".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Çingiz Mustafayev "Ulduzun vaxtı" proqramında deyib. Sənətçi bildirib ki, açılışlara qatılmır. O, şou-biznes nümayəndələrini qeyri-səmimi adlandırıb.

Çingiz "Yeni ulduz" yarışmasındakı illərindən bəhs edib:

"Birinci olmuşdum, amma əsas onu saxlamaq idi. Kimisə atası, dayısı pul buraxıb qabağa çəkir. Məndə isə bu yox idi. Metroya minirdim, hamı söz atırdı: kimi bəyənmirdi, mənfi nəsəd eyirdi. Buna görə də maşın lazım idi, amma pulum yox idi almağa. Çalışdım və hər şeyi özüm etdim. Heç vaxt dayanmadım, ancaq işlədim".

"İfaçıların 90 faizi sənət üçün yox, kütlə üçün çalışırlar" sözlərinə Çingiz belə cavab verib:

"Düzgün yoldadırlar, ağıllıdırlar. 30 yaşım olacaq, son 3 ildir pul üçün oxuyuram. Ona qədər dərin mənalı mahnılar oxuyurdum, cəmiyyətə bu, lazım deyil. Dünyanın çox yerində ağıllı insan azdır, 90 faiz savadsız, musiqi zövqü pisdir. Yaxşı insan daha azdır. Əgər tamaşaçı aldanmaq istəyirsə, onu aldat. Mən də ildə bir dəfə komersiya məqsədli mahnı buraxıram. Dünyaya çıxmaq üçün layihə hazırlayıram".

Evlənməklə bağlı sözlərə isə müğənni belə bir düşüncəsinin olmadığını bildirib:

"İnsan ağılsız vaxtı evlənməlidir. Ağlın artanda kaprizlərin böyüyür. 16 yaşında sevirsən, göylərdə uçursan və evlənirsən. Böyüdükcə, başa düşürsən ki, qadın necə olmalıdır, görünüşündə nələri görmək istəyirəm. Hamımız sürətpərəstik. Görünüşün böyük rolu var. İnsanların daxili onun üzünə, gözünə vurur. Böyük burunlu qızı bəyənərəm, əsas dodaqları yekə olmasın. Böyük burun çirkinlik deyil. Belə qızlar var, amma azalır. İnsanlar təbii qız görəndə sevinirlər, tapıntı kimi baxırlar. Başqa ölkələrlə müqayisədə bizdə aptek və market çoxdur. Bir də aşırı dərəcədə gözəllik salonu var. Demək, gözəllik yoxdur ki, salonlara axışırıq? Qızlar 90 faiz halda salonlarda gözəlləşmir. Qadın deyəndə incəlik, gözəl aura, şarm və üzdə nur düşünürsən. İndi o nur yoxa çıxıb. Bilmirəm nədir, yekə dodaqlar, burun, yoxsa nədir. Güləndə gözlər bərəlir, dodaqlar açılır, dişlər qabağa gəlir. Üzdəki nur itir. Ola bilsin seksualdır, amma nur yoxdur. Üzdəki ifadə səni başqa məqsədlə cəlb edir. İndi bütün qızların sifəti eynidir. İstərdim qızlarda bir az özgüvən olsun, olduqları kimi özlərini sevsinlər".

Son xəbərlər