Zaqatalada narkobaron “Çopur Ramiz” və onun cinayətkar şəbəkəsi ifşa edilib - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |     20:59 Azərbaycanda elektromobillik texnologiyasının genişləndirilməsi üzrə inkişaf strategiyası hazırlanacaq  |     20:50 Daşkəsəndə ev yanıb  |     20:46 Britaniya səfirliyi Gürcüstan vətəndaşlarına viza verilməsini dayandırıb  |     20:28 Göyçay-Ucar yolunda qəza olub, xəsarət alan var  |    

Zaqatalada narkobaron “Çopur Ramiz” və onun cinayətkar şəbəkəsi ifşa edilib - FOTO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyat tədbiri keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, keçirilən tədbirlər nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş, bölgədə narkobaron kimi tanınan rayonun Yuxarı Tala kənd sakini “Çopur Ramiz” ləqəbli Ramiz Quliyev saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan 5,5 kiloqram narkotik vasitə qurudulmuş marixuana aşkar edilib. Həmçinin R.Quliyevin göstərişi əsasında onun evində narkotik vasitəni hazırlayan daha iki nəfər, əvvəllər oğurluğa görə məhkum olunmuş Zaqatala şəhər sakini Süleyman Davudov və Yuxarı Tala kənd sakini Murtuzəli Georgiye saxlanılıb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.







скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 584 10.09.20 14:41