BNA və şəxsən Hikmət Babayev xalqdan üzr istəməlidir – Deputatdan SƏRT AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |    

BNA və şəxsən Hikmət Babayev xalqdan üzr istəməlidir – Deputatdan SƏRT AÇIQLAMA

Bakı Nəqliyyat Agentliyinin (BNA) Hüquq şöbəsinin müdiri Hikmət Babayevin rezonanslı açıqlamasından sonra Azərbaycanda taksi və ictimai nəqliyyat vasitələrində qiymətlərin yaxın vaxtlarda bahalaşacağı barədə şayiələr yayıldı.

“Bu gün taksi xidmətinin qiyməti demək olar ki, avtobusun qiymətinə bərabərdir. Halbuki belə olmamalıdır. Taksi xidmətindən istifadə müəyyən imkanlarla bağlı olmalıdır. Taksini gündəlik istifadə üçün nəzərdə tutulan nəqliyyat vasitəsinə çevirmək doğru deyil. Bunun üçün müntəzəm sərnişin avtobusları var”, deyə H. Babayev bildirib.

Dövlət rəsmisinin ölkədə faktiki olaraq sosial bərabərsizliyin gücləndirilməsinə yönələn bu çıxışı cəmiyyətdə hiddətlə qarşılanmaqda davam edir.

“Bildiyiniz kimi, dövlət başçısı ölkədə xidmətlərin əhalinin bütün təbəqələri üçün əlçatan olmasının tərəfdarıdır. Bu səbəbdən də Bakı Nəqliyyat Agentliyi təmsilçisinin məsuliyyətsiz bəyanatına görə əhalinin qəzəbi başadüşüləndir və biz onu dəstəkləyirik”.

Bu sözləri Media.Az-a açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Aydın Mirzəzadə deyib.

Millət vəkili qeyd edib ki, H. Babayev taksi qiymətlərinin aşağı olmasını bazar iqtisadiyyatı şəraitində ölkədə rəqabət mühitinin mövcudluğundan xəbər verdiyini başa düşmür.

“Bu o deməkdir ki, sözügedən sahə inhisara alınmayıb, yəni taksi xidmətinin qiyməti vahid ola bilməz. Bu gün taksi xidmətinin demək olar ki, əhalinin bütün təbəqələri üçün əlçatan olmasına sevinmək əvəzinə, H. Babayev belə qəbuledilməz bir açıqlama verir. Bu açıqlama elə bir vaxtı verilir ki, koronavirus pandemiyası şəraitində həftə sonları ictimai nəqliyyatın hərəkəti dayandırılır, Bakı Metropoliteni isə hələ də bağlıdır”, deyə A. Mirzəzadə vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, deyəsən Hikmət Babayevin öz səhvini anlamayıb. O, üzr istəmək əvəzinə sadəcə sosial media profilini bağlamaqla kifayətlənib.

“Diqqətəlayiq haldır ki, Bakı Nəqliyyat Agentliyi də öz əməkdaşının şübhəli ifadələrini pisləyən açıqlama ilə çıxış etməyib. Xalqın əhval-ruhiyyəsi həmişə nəzərə alınmalıdır. Ümid edirəm ki, əgər BNA-nın ölkədəki taksi xidmətlərinin qiymətlərinin yüksəlməsinə dair arzusu var idisə, indi onlar öz təkliflərinə yenidən nəzər salacaqlar. Milli Məclisin ilk iclasında mən də daxil olmaqla bir çox deputat bu yanaşmaya qarşı çıxacaq. Bakı Nəqliyyat Agentliyi və Hikmət Babayev xalqdan üzr istəməlidirlər, insanlara belə münasibət bəsləmək olmaz. Xalqı varlı və yoxsula bölmək olmaz ”deyə A. Mirzəzadə söyləyib.

Millət vəkilinin sözlərinə görə, Bakı Nəqliyyat Agentliyi bu gün ilk növbədə günün sıx vaxtlarda avtobus çatışmazlığı problemi ilə məşğul olmalıdır:

“Əgər kifayət qədər nəqliyyat vasitəsi yoxdursa, günün müəyyən saatlarında özəl kommersiya şirkətlərinin avtobuslarını, misal üçün, xarici qonaqlara xidmət göstərən avtobusları bu işə cəlb etmək olar. BNA avtobuslarla əlaqədar problemləri həll etmədən anlaşılmaz bəyanatlarla çıxış edir. Agentlik məsələnin texniki tərəfinə və sürücülərin peşəkarlığına nəzarət etmək hüququnu özündə saxlamalıdır. Bəzən sifarişə gələn taksi avtomobilinin hansı acınacaqlı durumda olduğunun şahidi olursan. Bir daha qeyd etmək istərdim – belə çətin zamanda insanları qıcıqlandırmaq olmaz!”, - A. Mirzəzadə fikrini tamamladı.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 471 03.09.20 18:15