Abşeronda kişi arvadını amansızlıqla qətlə yetirdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:41 Mingəçevirdə çayda iki kater toqquşub, xəsarət alanlar var  |     16:35 "Tərlan - 2025" təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri Azərbaycana gəliblər  |     16:27 Ərdoğan: "Zəngəzur dəhlizi geoiqtisadi inqilabın tərkib hissəsidir"  |     16:23 Masallıda 78 il sonra ortaya çıxan həqiqət: Çay plantasiyası yaxınlığında əzablı ölüm  |     15:05 “Qardaşı onu körpə qızı ilə yatarkən öldürübmüş...”  |     14:58 Ərdoğan Azərbaycan və Rusiya arasında yaşanan gərginlikdən danışdı  |     14:53 İki gün əvvəl avtobusun vurduğu qadın XƏSTƏXANADA ÖLDÜ  |     14:46 Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq  |     14:39 Yaponiyada güclü zəlzələ olub  |     14:19 Polşa Rusiyaya nota verdi  |     14:18 Şəkidə avtomobil qəzası: Ürəktutması sürücünü həyatından etdi  |     14:13 Türkiyədə üç bələdiyyə başçısı SAXLANILDI  |     14:11 “Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda – Bu dəfə “sağ əli”ndən şikayət edib  |     14:08 Ermənistanda müxalif hərəkat lideri iki ay müddətinə həbs edilib  |     14:05 Şəmkirdə mindən çox abonentin qaz təchizatında fasilə yaranacaq  |     13:30 Səfərovlar işi: İstintaq birbaşa Moskvanın nəzarətindədir  |     13:26 QMİ: Şamaxı Rəsədxanasının təqviminə əsasən Aşura bu gündür  |     13:03 Rusiyada daha iki azərbaycanlı haqda qərar verilib  |     23:04 Cəlilabadda yol qəzasında xəsarət alanların vəziyyəti açıqlandı  |     22:31 Məhkəmədə Kəlbəcərin işğalı zamanı ermənilərin mülki əhalini atəşə tutması ilə bağlı ifadə verilib  |    

Abşeronda kişi arvadını amansızlıqla qətlə yetirdi

Avqustun 14-də saat 12 radələrində Abşeron rayonu ərazisində 1975-ci il təvəllüdlü Səyyarə Vəliyevanın yaşadığı mənzildə çoxsaylı bıçaq xəsarətləri yetirilməklə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron Rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin əri 1967-ci il təvəllüdlü İlqar Vəliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

İlqar Vəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 541 15.08.20 14:49