Ədliyyə Nazirliyi: Məhkumların gündəlik termometriyası həyata keçirilir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |    

Ədliyyə Nazirliyi: Məhkumların gündəlik termometriyası həyata keçirilir

“Məhkumların və təqsirləndirilən şəxslərin həyat və sağlamlıqlarının qorunması ciddi nəzarətdə saxlanılmaqla onların gündəlik termometriyası həyata keçirilir”.

Bu barədə “Report”a Ədliyyə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, COVİD-19 infeksiyasına qarşı görülən qəti tədbirlər çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən zəruri preventiv addımlar atılır, penitensiar və tibb xidmətləri fəaliyyətlərini gücləndirilmiş iş rejimində davam etdirir:

“Nazirliyin Tibb baş idarəsi fəaliyyətini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun quraraq Səhiyyə Nazirliyi və TƏBİB ilə sıx əlaqədə penitensiar müəssisələrdə saxlanılan şəxslərin test nümunələri götürələrək laborator analizlərin aparılması təşkil olunub. Virusun göstəricilləri pozitiv çıxan tək-tək məhkumlar dərhal təcrid olunaraq ixtisaslaşdırılmış müalicə müəssisəsində xüsusi yaradılmış şöbəyə yerləşdirilir və intensiv müalicə tədbirləri aparılaraq tam sağaldıqdan sonra karantindən çıxarılırlar. Qeyd olunmalıdır ki, bütün penitensiar müəssisələrdə epidemioloji cəhətdən gərgin mühit yoxdur, nəzarət tədbirləri fasiləsiz davam etdirilir.

Bu sahədə vəziyyət həmçinin nazirliyin vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət yaradılmış monitorinq qrupu tərəfindən mütəmadi öyrənilir və ötən müddətdə penitensiar müəssisələrdə 65 monitorinq aparılaraq məhbusların saxlanma şəraiti, ərzaq, qida, tibbi və dərman təminatı ilə tanış olunub, qida rasionunun qanunvericiliklə müəyyən edilmiş normalara uyğunluğu yoxlanılıb, sanitar-gigiyenik vəziyyətə, dezinfeksiya işlərinin aparılmasına xüsusi diqqət yetirilib”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 039 13.08.20 21:56