Bakıda uzun müddətdən sonra kafe və restoranlar açılışa hazırlaşır - VİDEOREPORTAJ » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |     20:59 Azərbaycanda elektromobillik texnologiyasının genişləndirilməsi üzrə inkişaf strategiyası hazırlanacaq  |     20:50 Daşkəsəndə ev yanıb  |     20:46 Britaniya səfirliyi Gürcüstan vətəndaşlarına viza verilməsini dayandırıb  |     20:28 Göyçay-Ucar yolunda qəza olub, xəsarət alan var  |     20:21 Həbsdə olan vəkil Sümbülə Əliyeva hakimə etiraz edib  |     20:13 Zaqatalada 32 yaşlı kişi intihar edib  |     20:07 "Formula 1" pilotu filmə çəkiləcək  |     19:59 Ukraynada Rusiyaya məxsus helikopter vurulub  |     19:52 "Qarabağ"ın mükafatlandırılacağı stadion bəlli olub  |     19:41 Bu il 46 uşaq övladlığa verilib, 58 uşaq ailələrinə qaytarılıb  |     18:34 Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək  |    

Bakıda uzun müddətdən sonra kafe və restoranlar açılışa hazırlaşır - VİDEOREPORTAJ

Üç aya yaxındır ki, kafe və restoranların fəaliyyətinə məhdudiyyət qoyulub. Amma yaxın günlərdə bu obyektlərin yenidən fəaliyyətə başlaması operativ qərargahın müzakirə mövzusudur. Bəs bu aylar ərzində sahibkarlara nə qədər ziyan dəyib, hansı çətinlikləri olub, ümumiyyətlə, yenidən fəaliyyətə hazırdırlarmı?

Baku TV bu mövzunu araşdırıb və bir neçə restoranda olub.

Restoran inzibatçısı Bəhruz Qənizadənin sözlərinə görə, bütün biznes sahələri kimi restoranlar üçün də çətin oldu:

“Nə qədər də olsa, ödənişləri verməkdə, pul qazanmaqda çətinlik çəkirik. Ən əsası, personalın evdə qalması idi. Bizə də gəlir yoxdur. Ona görə onların maaşlarını ödəyə bilmirik. Açılışdan sonra, inşallah, daha yaxşı olar”.

Əgər yaxın müddətdə kafe və restoranlar açılacaqsa, insanlarımızın qoyulacaq qaydalara əməl etməsi vacibdir. Bu məsələdə arxayın olmaq olmaz. Yadımıza salaq, təxminən üç ay bundan öncə yumşalma olan zaman yoluxanların sayı kəskin artdı və bu səbəbdən də yoluxma daha çox olan rayon və şəhərlərdə sərt karantin rejimi yenidən tətbiq edildi. Ona görə də biz bu bəlanı unutmayıb, özümüzü qorumağı öyrənməliyik.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            927 13.08.20 19:57