Xəzərətrafı ərazilərdə təmizlik və abadlıq işləri aparıldı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:27 Bakıda sürət yarışı keçirən sürücülər cəzalandırıldılar  |     16:14 Şəkil paylaşdığı üçün 11 il həbs cəzası aldı  |     16:11 Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı: “Günahım yoxdur” - VİDEO  |     16:09 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA  |     15:50 Rəşad Dağlı əfv olunacaq? - Vəkildən AÇIQLAMA  |     15:46 Çin Xalq Siyasi Məşvərət Şurasının nümayəndə heyəti ulu öndərin məzarını ziyarət edib  |     15:27 Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub  |     15:25 "TikTok" axtarış funksiyası üçün süni intellekti sınaqdan keçirir  |     15:24 Naxçıvanda yağış suları sinif otaqlarına doldu - VİDEO  |     15:23 Balakəndə qanunsuz tikili sökülüb - VİDEO  |     15:01 Ermənistan və İran Araz çayı üzərində ikinci körpünü tikməyə hazırlaşır  |     15:00 Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər  |     14:59 Bloqer və influenserlərə XƏBƏRDARLIQ: Cərimə olunacaqlar  |     14:56 Xəstəxanaya yerləşdirilən aktyorun son durumu AÇIQLANDI - FOTO  |     14:52 Qarabağda separatçıların “rəhbəri” olmuş Arkadi Qukasyanın həbs müddəti uzadılıb  |     13:53 FIFA Türkiyə klubuna ağır cəza verdi  |     13:23 Sabah yenə yağış yağacaq - PROQNOZ  |     13:22 XİN rəhbəri: Azərbaycan Malta ilə ikitərəfli əməkdaşlığı genişləndirməyə hazırdır  |     13:13 Ukrayna Xarkovdan minlərlə insanı təxliyə etdi: Rusiya bölgədə irəliləyir  |     12:48 Azərbaycan iqtisadiyyatı 4 % artıb  |    

Xəzərətrafı ərazilərdə təmizlik və abadlıq işləri aparıldı - VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Sumqayıtda 12 avqust - Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günü ilə bağlı aksiya keçirib.

Baku TV xəbər verir ki, hər il bu gün münasibətilə nazirliyin təşəbbüsü ilə Xəzərətrafı rayonların rəsmi dövlət qurumlarının, ictimai təşkilatların və ictimaiyyət nümayəndələrinin, nazirliyin tabeli qurumlarının iştirakı ilə maarifləndirici tədbirlər, təmizlik və abadlıq işləri görülür.

“Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” BMT-nin Ətraf Mühit Proqramının və digər beynəlxalq təşkilatların dəstəyilə Xəzəryanı dövlətlərin mütəxəssisləri tərəfindən hazırlanıb.

Konvensiya mətninin müzakirələri 1995-ci ildən 2003-cü ilədək keçirilən görüşlər zamanı davam edib, 2003-cü il noyabrın 4-də Xəzəryanı ölkələr tərəfindən imzalanıb.

Təsdiq olunduğu şəhərin adı ilə “Tehran konvensiyası” kimi tanınan bu saziş Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, Xəzərin ətraf mühitinin mühafizəsi, saxlanması və bərpasına qulluq edir.

Konvensiyada Xəzər dənizinin bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə, ekoloji monitorinqə və elmi tədqiqatlara aid müddəalar da əks olunub. “Tehran konvensiyası” beş Xəzəryanı dövlətin hökumətləri tərəfindən ratifikasiya olunduqdan sonra 2006-cı il avqustun 12-də qüvvəyə minib. Daha sonra bu tarixin Xəzər Günü kimi qeyd edilməsinə başlanılıb.

Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası onun sahilində yerləşən beş dövlət arasında regionda təbiəti mühafizə şərtlərini və müvafiq təşkilati mexanizmi əks etdirən ilk hüquqi sazişdir.

Aksiya çərçivəsində tədbirlər iki gün davam edəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 812 12.08.20 12:52