Mojo.az Banner
23:00 Anasının adına açdığı hesabla qumar oynayıb 100 manat qazandı - 3 min cərimələndi  |     22:54 Bakının bu rayonlarında iş tapmaq asandır  |     22:47 Nəhənglərin mübarizəsi: "Google Gemini", yoxsa "Microsoft Copilot"?  |     22:41 Rusiyada əmək miqrantlarına iş yerlərini dəyişdirmək qadağan ediləcək  |     22:35 Azərbaycanda ölmək neçəyə başa gəlir? - Gizli biznes  |     22:30 Sənədsiz evlərlə bağlı AÇIQLAMA  |     22:22 Şəmkirdə dərədən 56 yaşlı kişinin meyiti tapıldı: Oğlu qətldə şübhəli bilinir  |     22:15 Bakıda məhkəmə sədrinin oğlu arvadını bıçaqlayıb özünü binadan atdı  |     22:07 Küçədə yaşayan ana və oğlu ilə bağlı qurumlar nəyi açıqladılar? (Video)  |     22:01 Nipah virusu pandemiyaya səbəb ola bilər?  |     21:54 Bu şəxslərə kommunal ödənişlərlə bağlı pul verilir - SİYAHI  |     21:46 Velosiped zolaqları ləğv oluna bilərmi? - AYNA-dan AÇIQLAMA  |     21:41 Azərbaycanda ən çox müavini olan icra başçısı odur – SİYAHI  |     21:33 Sağlam uzunömürlülük üçün üç əsas amili açıqlandı  |     21:32 ABŞ-də süni intellekt insanlar üçün yeni ölümcül virus yaratdı  |     21:26 Bəzi məktəblərdə BSQ-lərin cavabları əvvəlcədən yayılıb: BSQ yenidən təşkil edilə bilər  |     21:21 Ermənistan Azərbaycana rəsmi dəvət göndərəcək  |     21:13 Kamçatkada zəlzələ oldu  |     21:08 ABŞ Ermənistan vətəndaşlarını deportasiya etdi  |     21:00 Samir Bağırovun yeni imici - Video  |    
Left Banner
Right Banner

Azərbaycanda karantin rejimində keçirilən toy yarımçıq dayandırıldı: Saxlanılanlar var - FOTO

11.08.2020 13:47 1 086
Azərbaycanda karantin rejimində keçirilən toy yarımçıq dayandırıldı: Saxlanılanlar var - FOTO
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşlarının rayonun Dədə Qorqud kəndində keçirdiyi tədbirlər nəticəsində öz evinin həyətində toy məclisi təşkil etməyə çalışan şəxslər müəyyən edilib.

Polis əməkdaşları tərəfindən mərasim dayandırılıb.

Toyun təşkilatçılığını edən iki nəfər ev sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokollar tərtib olunub, onlar cərimə ediliblər.

Şənliyin digər iştirakçılarına ciddi xəbərdarlıq olunub.


скачать dle 11.3