Mojo.az Banner
23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |     22:02 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI  |     21:57 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı  |     21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |     21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |     21:34 Azərbaycanda beş dövlət şirkəti ləğv olunur  |     21:29 Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı  |     21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |     21:18 Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu  |     21:16 Azərbaycanda geoloji kəşfiyyat aparılacaq ərazilər genişləndirilir  |     21:13 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu  |    
Mojo.az Avto
Mojo.az Avto

Velosiped zolaqları ləğv oluna bilərmi? - AYNA-dan AÇIQLAMA

26.01.2026 21:46 507
Velosiped zolaqları ləğv oluna bilərmi? - AYNA-dan AÇIQLAMA
Mikromobillik zolaqları yetərincə istifadə olunur və ümumi yol infrastrukturunun ayrılmaz hissəsidir. Statistikaya əsasən, bu tip zolaqlar salındıqca insanların mikromobillik vasitələrinə olan marağı da artır.

Median.Az
xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov qeyd edib.

“İnsanlar bu zolaqlarda özlərini daha təhlükəsiz hiss edir və mənzil başına zamanında çata biləcəkləri üçün bu tip nəqliyyat vasitələrindən daha çox istifadə etməyə üstünlük verirlər. 2024-cü illə müqayisədə ümumi istifadə aylar üzrə 80%-ə yaxın artıb. Bu zolaqlarda mikromobillik vasitələri tıxacda qalmadığından və ümumi yolun çox cüzi bir hissəsini tutduğudan zolaqlar boş görünə bilir”, - o bildirib.

Mətbuat katibinin sözlərinə görə, Bakı şəhərində mikromobillik infrastrukturu qurulmağa başlayandan bugünədək bu nəqliyyat növlərinə 4 milyon 500 min dəfədən çox sifariş olub:

“Bu müddətdə mikromobillik vasitələri ilə 13 milyon km məsafə qət edilib. Bu rəqəm yalnız kirayə xidmətindən istifadə edənlərə aiddir və nəzərə alsaq ki, şəxsi velosiped və skuterlərindən istifadə edənlər də var, demək, rəqəmlər daha yüksəkdir. Bakı şəhərində mikromobillik vasitələri üçün infrastrukturun qurulması istiqamətində işlər davam etdirilir. Məqsəd şəhər ərazisində nəqliyyatın çeşidlənməsi, alternativ nəqliyyat növləri üçün infrastrukturun qurularaq insanlara xüsusilə yaxın məsafələrə səfərlər zamanı bu növ nəqliyyat vasitələrindən istifadəyə şərait yaradılmasıdır”.

T.Orucov vurğulayıb ki, bu zolaqlar salındıqda avtomobillər üçün ayrılmış zolaqların sayı və yolun buraxılıcılıq qabiliyyəti azaldılmır.

Qeyd edək ki, bir neçə gün öncə Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Hikmət Babaoğlu yeni velosiped zolaqlarının salınması ilə yolların daraldığını və bu zolaqların mütəmadi istifadə olunmadığını iddia etmişdi.скачать dle 11.3
Mojo.az Banner