Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakının Əbdürrəhim bəy Haqverdiyev küçəsində mikromobillik zolağı təşkil edilir

11.10.2025 19:43 552
Bakının Əbdürrəhim bəy Haqverdiyev küçəsində mikromobillik zolağı təşkil edilir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Əbdürrəhim bəy Haqverdiyev küçəsində mikromobillik zolağı təşkil edir.

Median.Az
bu barədə AYNA-ya istinadən xəbər verir.

Məlumata görə, agentlik Bakıda mikromobillik infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işləri davam etdirir. Məqsəd şəbəkənin davamlılığına nail olmaq və mikromobillik vasitələrindən istifadə edən hərəkət iştirakçılarının təhlükəsizliyini və rahatlığını təmin etməkdir.

Kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir. Hazırda bu istiqamətdə işlər metronun "Elmlər Akademiyası" stansiyası ətrafında və əlaqəli küçə-prospektlərdə görülür.

Belə ki, daha öncə Hüseyn Cavid prospektində təşkil edilən mikromobillik şəbəkəsi uzadılır və hazırda işlər Əbdürrəhim bəy Haqverdiyev küçəsinin Hüseyn Cavid prospekti ilə kəsişməsindən İnşaatçılar prospekti ilə kəsişməsinə kimi aparılır.

Görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri həyata keçirilir. Yaxın günlərdə yol nişanlarının və təhlükəsizlik sədlərinin quraşdırılmasına başlanılacaq.

Növbəti mərhələdə isə mikromobillik zolaqları İnşaatçılar prospektində təşkil ediləcək və paytaxtın mərkəzi küçələrində mövcud olan zolaqlarla daha bir istiqamətdən əlaqələndirmə təmin ediləcək. Xatırladaq ki, daha öncə bu əlaqələdirmə digər istiqamətdən Mikayıl Müşfiq küçəsi vasitəsilə həyata keçirilib.скачать dle 11.3

Son xəbərlər