Mojo.az Banner
23:01 İran rialı yeni antirekord qırdı  |     22:56 Azərbaycanda su sayğacları dəyişdiriləcək  |     22:48 Xabi Alonso istefaya göndərildi  |     22:41 “Evdə tək”in aktyoru xanıma etdiyi təklifə görə cərimələndi  |     22:40 Bu ilanlar insanı dişləmədən belə kor edə bilər  |     22:34 İrandakı iğtişaşların təşkilatçıları edam ediləcək  |     22:26 Kür−Bakı magistral kəməri əsaslı təmir olunacaq  |     22:20 SMS kodlarını paylaşmayın! - İKTA-dan xəbərdarlıq  |     22:12 Evlərdən oğurluq edənlər saxlanıldı  |     22:07 Xabi Alonso istefaya göndərildi  |     21:53 Bakı buxtasında ekoloji vəziyyət yaxşılaşdırılacaq  |     21:50 Türkiyəli aktyor vəfat etdi  |     21:42 "Ambiance MED şikayət etdi: "Green Farm"ın rəhbərinə "stop" qoyuldu  |     21:30 Azad edilmiş ərazilərdə daha 177 mina aşkarlandı  |     21:26 Ötən il neçə nəfər əcnəbilərlə evlənib? - Nikah və boşanma sayı  |     21:24 Abşeronda təhlükəli ərazi plana düşdü - Əhaliyə kompensasiya ödəniləcək  |     21:22 Lənkəranda ev yandı  |     21:19 Bakıda 66 yaşlı kişi dəm qazından boğulub öldü  |     21:10 Tacikistanda MMA üzrə dünya çempionu dava zamanı öldürüldü  |     20:30 Mağazadan araq və siqaret oğurladılar, məhkəmə qarşısına çıxarıldılar  |    
Left Banner
Right Banner

Şəhid general Polad Həşimovun yaşadığı bina təmir olunur - VİDEO

10.08.2020 12:13 1 607
Şəhid general Polad Həşimovun yaşadığı bina təmir olunur - VİDEO
Sumqayıt şəhərinin 13-cü mikrorayonu ərazisində Tovuzda baş verən döyüşlərdə şəhid olan general Polad Həşimovun bir vaxtlar yaşadığı binanın əsaslı təmirinə başlanılıb.

Baku TV xəbər verir ki, hazırda iki növbəli olmaqla, bir neçə briqada bu işə cəlb olunub.

Beş bloklu yaşayış binasının üzlüyü qaşınaraq, suvaq işləri aparılır. Dəmir çərçivələr qurulub, yüksək səviyyədə təmir işləri görülür. Dövlət tərəfindən həyata keçirilən işlər sakinlərin ürəyincədir.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bir neçə gündür başlanan təmir-bərpa işlərinin qısa zamanda başa çatdırılması üçün lazımi tədbirlər görülüb.

Əraziyə tikinti materialları gətirilib. Əsaslı təmirin yüksək səviyyədə həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Hazırda binanın ön üzlük hissəsi təmir olunaraq rənglənir.

Daha sonra giriş hissələrə müasir qapılar qoyulacaq. Binanın bütün kommunal xətləri yenilənəcək. Görülən işlər şəhid ailələrinin daim diqqət mərkəzində saxlanılmasının aydın təzahürüdür.

Yaşayış binasında həyata keçirilən təmir-bərpa və abadlıq işlərinin qısa müddət ərzində başa çatdırılması planlaşdırılır.скачать dle 11.3