Mojo.az Banner
12:40 Ucarda qəsdən yanğın törədən şəxs saxlanıldı  |     12:35 İyulda neçə adamı gün vurub?  |     12:23 Bakıda DƏHŞƏTLİ ANLAR: Avtomobillər torpağın altında qaldı - VİDEO  |     11:51 Buzovnada dənizdə 3 nəfər batdı - Biri xilas edildi  |     11:31 Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılıb öldü  |     11:29 Arvadını bıçaqlayan və balta ilə yaralayan şəxs barədə YENİ QƏRAR  |     11:28 QHT əməkdaşları Ağdərədə minaya düşdülər  |     11:26 Bakıda küçələrdən birinə Xalq yazıçısı Elçinin adı verilib  |     11:26 "Sabah" və "Qarabağ"ın rəqibləri bu gün bəlli olurlar - PÜŞKATMA  |     11:24 Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək  |     11:22 Magistraturaya qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başlayır  |     11:21 Kubanın elektrik enerjisi sistemi yenidən çökdü  |     11:18 Kolleclərə ixtisas seçimi başlayıb  |     11:15 Kişi arvadını evinin qarşısına gətirən sürücünü döydü  |     11:14 İrandan Almaniyaya gedən yük maşını Naxçıvanda saxlanıldı - VİDEO  |     11:09 Paytaxtda mənzillərin qiyməti artır? - Video  |     11:01 "Belə bir nümunə dünyada yoxdur" – Natiq Cəfərli yeni kart limitlərindən danışdı  |     18:54 Pişik sahiblərinin ən çox verdiyi sual: Qısırlaşdırmaq günahdırmı?  |     23:01 5 min illik iki məzar: Piramidaların inşasını anlamağa kömək edə bilər  |     22:53 Tanınmış aşığın nəvəsi vəfat etdi  |    
Left Banner
Right Banner

Abşeronda təhlükəli ərazi plana düşdü - Əhaliyə kompensasiya ödəniləcək

12.01.2026 21:24 420
Abşeronda təhlükəli ərazi plana düşdü - Əhaliyə kompensasiya ödəniləcək
Abşeron rayonunun Məmmədli kəndində, Həsənbəy Ağayev və Ziya Bünyadov küçələrində, "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna yaxın böyük bir ərazi plana düşüb.

Buna səbəb həmin ərazinin yaxınlığında yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində metan qazının (CH4) aşkar edilməsi göstərilir.

Bununla əlaqədar sözügedən istiqamətdə kimin evi, həyətyanı sahəsi varsa, artıq həmin sakinlərdən müvafiq sənədlərin yığılmasına başlanılıb. Məlumata görə plana düşən ərazilərdə hər sota görə sakinlərə yüksək məbləğdə kompensasiya ödənilməsi nəzərdə tutulub.

Qeyd edək ki, plana düşən ərazilər Böyükşor-Pirşağı yeni avtomobil yolunun ətrafında yerləşir.

Xatırladaq ki, 27 noyabr 2025-ci ildə Abşeron rayonunun Məmmədli kəndində, Həsənbəy Ağayev və Ziya Bünyadov küçələrində, "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ərazisinin yaxınlığında yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində metan qazı (CH4) aşkar edilmişdi.

İlkin olaraq FHN, "Azəriqaz" İstehsalat Birliyi və Abşeron Rayon İcra Hakimiyyətinin mütəxəssislərinin iştirakı ilə ərazidə müayinələr aparılaraq akt tərtib etmişdilər.

Müayinə zamanı sözügedən ünvanda yerləşən fərdi yaşayış evlərinin bünövrəsinə yaxın olan hissələrində, həyətyanı sahələrində və yaşayış olmayan boş ərazilərdə yer səthində şulf üsulu ilə dəliklər açılaraq cihazlarla ölçmə işləri aparılıb və metan qazı aşkarlanmışdı. Bu səbəbdən mümkün partlayış-yanğın hadisələrinin qarşısının alınması və sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən əraziyə qazın nəqli müvəqqəti olaraq dayandırılmışdı.

Aparılmış müayinələr zamanı aşkar edilmiş nəticələrin partlayış-yanğın təhlükəli olduğunu nəzərə alaraq, əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə kompleks araşdırmanın aparılması və zəruri tədbirlərin görülməsi üçün Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, FHN, Ekologiya və Təbii Sərvətlər, Elm və Təhsil nazirliklərinin, SOCAR və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrindən ibarət işçi qrup yaradılmışdı.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner