Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

"Ambiance MED şikayət etdi: "Green Farm"ın rəhbərinə "stop" qoyuldu

12.01.2026 21:42 513
Əczaçılıq və dərman vasitələrinin dövriyyəsi ilə tanınan "Green Farm" Məhdud Məhsuliyyətli Cəmiyyətinin (MMC) direktorunun ölkədən çıxışına məhdudiyyət qoyulub.

Qaynarinfo-nun məlumatına görə, Bakı şəhəri, Nizami rayon İcra şöbəsi tərəfindən MMC-nin qanuni təmsilçisi və direktoru Səmidov Afiq Həsənağa oğlu barəsində məhkəməyə müraciət edilib.

Məlum olub ki, "Green Farm" MMC-nin bioloji fəallığa malik qida əlavələrinin Azərbaycana idxalını təşkil edən "Ambuabce MED" MMC-yə 117.669,52 manat borcu yaranıb.

Bakı Kommersiya Məhkəməsi 2024-cü ildə sözügedən borcun ödənilməsi üçün "Green Farm" MMC barəsində qərar çıxarıb. "Green Farm" MMC-nin əvvəlki rəhbəri Ayşən Eyvazova tərəfindən icra sənədi üzrə 1800 manat ödəniş edildiyi məlum olub.

Məhkəmənin hökmü ilə Afiq Səmidovun 2024-cü il tarixli icra sənədi icra olunanadək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Qeyd edək ki, "Green Farm" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 26727.32 AZN vergi borcu var. "Ambuabce MED" MMC-nin baş direktoru və qanuni təmsilçisi Əliyeva Elnarə Mədət qızıdır.

Elnarə Əliyeva

Elnarə Əliyeva 4 il əvvəl Dövlət Gömrük Komitəsi ilə bağlı iddia ilə gündəmə gəlmişdi. O, idxal etdiyi bioloji fəallığa malik qida əlavələrinin rəsmiləşdirilmə prosesi zamanı gömrük orqanları tərəfindən malın gömrük dəyərinin qanunsuz şəkildə artırıldığını iddia etmişdi. DGK isə xanım sahibkarın iddialarını rədd edərək, onun həqiqətə uyğun olmayan, əsassız iddialar səsləndirməkdə ittiham etmişdi. Açıqlamada qeyd edilmişdi ki, xanım sahibkarın rəhbərlik etdiyi şirkət tərəfindən idxal olunan bioloji fəallığa malik qida əlavələrinin ölkə ərazisində satış qiymətlərinin idxal qiymətlərilə kəskin fərqlənməsi müəyyən edilib.скачать dle 11.3
Mojo.az Banner