Mojo.az Banner
19:55 Bakıda marketin qarşısında kameralar önündə bıçaqlanma: "Oğlunu narkotikə qurşandırdığımı dedi"  |     19:41 Ötən il işlə təmin edilən əlilliyi olan şəxslərin sayı açıqlanıb  |     19:36 Azərbaycanın hərbi qulluqçuları Türkiyədə ixtisasartırma kursunu uğurla başa vurublar  |     19:30 Masallıda üçəm dünyaya gəlib  |     19:22 Rusiyada İstilik Elektrik Mərkəzində yanğın olub, iki nəfər ölüb  |     19:17 Tailandda təyyarə qəzaya uğrayıb, ölənlər var  |     19:09 Şahbuzda minik avtomobili qaz xəttinə çırpılıb, 160 abonent qazsız qalıb  |     19:03 Biləsuvar heyvan bazarı yenidən fəaliyyətə başlayıb  |     18:55 İrandakı etirazlarda öldürülənlərin siyahısı açıqlanacaq  |     18:50 Azərbaycanda neçə general-polkovnik var? - TAM SİYAHI  |     18:44 Gənclər və İdman Nazirliyində nöqsanlar aşkarlandı  |     18:33 Goranboyda iki avtomobil toqquşdu, xəsarət alanlar var  |     18:27 Maşın almaq adı ilə gəldiyi evdən oğurluq etdi, saxlanıldı  |     18:23 General rütbəsi verilən gömrükçülər kimlərdir? (FOTO)  |     18:16 Metroda qatarların hərəkəti bərpa olundu  |     18:11 Kamran Əliyev Tərtər rayon prokurorunu vəzifəsindən azad etdi  |     17:59 Qanunsuz orden və medalların təsisi ilə bağlı QHT-nin ləğvi istənilib  |     17:51 Metronun işində problem yarandı - "30 dəqiqədir, qatar gəlmir"  |     17:45 Azərbaycanda marketdən yağ oğurlayan şirkət rəhbəri cəzalandırıldı  |     17:17 Naftalan Şəhər Mərkəzi Xəstəxanası cərimə olundu  |    
Left Banner
Right Banner

“Apple” təsdiqlədi: “iPhone 12”nin təqdimatı gecikəcək

31.07.2020 23:11 2 160
“Apple” təsdiqlədi: “iPhone 12”nin təqdimatı gecikəcək
“Apple” yeni “iPhone” modellərini hər il sentyabr ayında təqdim etsə də, mövcud koronavirus pandemiyası səbəbindən “iPhone 12” modelinin təqdimatı ilə bağlı gecikmənin baş verəcəyi iddia edilirdi.

“Haber Global”ın xəbərinə görə, məsələ ilə bağlı açıqlama verən “Apple”ın maliyyə işləri üzrə direktoru Luka Maestri təqdimat mərasiminin sentyabrda olmayacağını bildirib.

2020-ci ilin üçüncü rübünün maliyyə hesabatlarından sonra danışan Maestri qısaca olaraq təqdimatın sentyabr baş tutmayacağını deyib.

Vəziyyətlə bağlı bütün modellərinmi, yoxsa sadəcə yeni modellərinmi təxirə salınacağı ilə bağlı isə şirkətdən bir açıqlama gəlməyib.

Digər tərəfdən bu, “Apple”da ilk belə gecikma halı deyil. “iPhone X” modeli 2017-ci ilin sentyabr ayında “iPhone 8” ilə birlikdə elan olunsa da, bəzi istehsal xətaları səbəbindən satışa noyabr ayından sonra çıxmışdı. “iPhone XR” modeli isə 2018-ci ilin sentyabrında təqdim olunmuş, amma LCD ekrandakı problemlərlə əlaqədar kütləvi istehsalı gecikmişdi.скачать dle 11.3