Mojo.az — elanlar
RU
Son Xəbərlər
20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |     20:18 Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal  |     20:12 İnfantino Bakıda keçirilən dünya çempionatının əhəmiyyətindən danışdı  |     19:56 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldılar - DTX-dən əməliyyat  |     19:03 Məşhur türkiyəli müğənni Nev vəfat etdi  |     18:36 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat  |     18:26 Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia - Video  |     17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |    
Mojo.az Avto
Mojo.az Avto

"Qurtuluş" Reabilitasiya Mərkəzinin əməkdaşı həbs olundu

30.01.2026 18:39 513
Sumqayıt Şəhər Məhkəməsində qanunsuz azadlıqdan məhrum etməkdə təqsirləndirilən "Qurtuluş" Reablitasiya Mərkəzin əməkdaşı Natiq Əliyevin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Oxu.Az-ın məlumatına görə, hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqdimata baxılıb və qərar qəbul olunub. Məhkəmənin qərarı ilə E.Əliyev barəsində iki ay 10 gün həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bir müddət əvvəl Sumqayıt Şəhər Prokurorluğunda "Qurtuluş" Reablitasiya Mərkəzi barədə daxil olan şikayətlər əsasında araşdırma aparılıb. Araşdırmalar zamanı mərkəzdə qanunsuz faktlar aşkar edilib və faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 145-ci (qanunsuz azadlıqdan məhrumetmə) maddələri ilə cinayət işi başlanılıb. Aparılan istintaq araşdırmaları nəticəsində mərkəzin rəhbəri Ceyhun Salmanov, müəssisənin əməkdaşları Elşad Məhərrəmov və Natiq Əliyev tutulublar.

Onlara Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrumetmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham verilib.

Qeyd edək ki, sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb.

Son xəbərlər