Mojo.az Banner
19:50 9-cu sinif şagirdi vəfat edib  |     19:43 Bölgələrdə yanğın törədən 3 nəfər məsuliyyətə cəlb olundu  |     19:30 Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO  |     19:24 Tovuzda maşın su kanalına düşdü - Ölənlər var  |     19:15 Yer kürəsində maqnit fırtınası başlayıb  |     19:10 “Metropark”da yanğın - VİDEO  |     19:03 “Milla” dondurmasından kif çıxdı  |     18:56 Suriyada İES-də partlayış baş verdi - 3 nəfər öldü  |     18:51 Güzgüyə tez-tez baxmağın səbəbi nədir? – Mütəxəssislərdən açıqlama  |     18:40 Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - Video  |     18:36 Rezidenturaya qəbulun nəticələri ELAN EDİLDİ  |     18:29 28 yaşlı kişi hamamda öldü  |     18:18 Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur  |     18:09 Azərbaycanda qardaş bacısını maşında öldürdü  |     18:07 Füzulidə 16 yaşlı oğlanın meyiti tapıldı  |     17:52 Azərbaycan və Gürcüstan sərhəddə sıxlığı aradan qaldırmağı müzakirə ediblər  |     17:48 Azərbaycan qərəzli məlumat yaydığına görə CNN-i məhkəməyə verib  |     17:22 Rumıniyalı futbolçu "Neftçi"yə keçidini açıqladı: "Son qərarı mən verəcəyəm"  |     17:06 Şindan qalasında yeni izlər müəyyən edilib  |     17:00 Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın Milli Qəhrəmanının xatirəsini anıb  |    
Left Banner
Right Banner

Poti-Bakı blok-qatarı yola salındı - Yükdaşıma sahəsində yenilik

30.01.2026 16:17 804
Poti-Bakı blok-qatarı yola salındı - Yükdaşıma sahəsində yenilik
Yanvarın 30-da Gürcüstanın Poti Limanında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) və "Gürcüstan Dəmir Yolları" SC-nin rəhbər heyətlərinin iştirakı ilə Poti-Bakı ekspress blok-qatarının yola salınması mərasimi keçirilib.

Bu barədə ADY məlumat yayıb.

Tədbirdə yeni ekspress qatarının işə salınmasının əhəmiyyəti qeyd olunub. Bildirilib ki, bu xidmət sayəsində yük sahibləri yalnız vaxtlarına deyil, həm də terminalda yük və boş konteynerlərin saxlanması kimi xərclərə qənaət edə biləcəklər.

Poti-Bakı marşrutu üzrə işləyəcək blok-qatar Qara dəniz limanlarını Azərbaycanın liman və terminalları ilə birləşdirəcək, eyni zamanda, yük sahiblərinə Potidən Bakıya və geriyə müəyyən edilmiş vaxtlarda, heç bir gecikmə olmadan konteynerlər əldə etməyə imkan verən sadələşdirilmiş logistika xidmətidir.скачать dle 11.3
Mojo.az Banner