Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

İstanbuldan yola düşən blok qatarı Bakıya çatdı

05.04.2019 23:40 2 790
İstanbuldan yola düşən blok qatarı Bakıya çatdı
İstanbuldan yola düşən ilk blok qatarı Bakıya çatıb.

Təyinat nöqtəsi Abşeron Logistika Mərkəzi olan yükün daşınması Azərbaycan, Türkiyə və Gürcüstan dəmir yollarının dəstəyi ilə Bakı-Tbilisi-Qars (BTQ) dəmir xətti üzərindən həyata keçirilib.

Son illər ölkə daxilində nəqliyyat infrastrukturuna xeyli vəsait qoyulub. Xəzər dənizində ən böyük ticarət limanı da məhz Azərbaycana məxsusdur. Ölkəmiz beynəlxalq yükdaşımalarda regional qovşağa çevrilib. Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi tranzit potensialının artırılmasında mühüm rol oynayır. Regionun avtomobil, dəmir və dəniz yollarını birləşdirən logistik mərkəzlərin yaradılması hesabına Azərbaycan Qərbi Şərqə qovuşdurur. Yükdaşımada Azərbaycan ərazisindən istifadə olunması isə xərcləri azaldır.

Abşeron Logistika Mərkəzinin gündəlik yükdaşıma gücü 30 min tona bərabərdir. Bu isə il ərzində 11 milyon ton deməkdir. Ölkəmizin tranzit və logistik potensialından daha səmərəli istifadəyə Bakı-Tbilisi-Qars dəmir yolu da geniş imkanlar yaradacaq.

Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində reallığa çevrilən Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Proqnozlara görə, bu dəmir yolu ilə üçüncü istismar ilində 3-5 milyon ton yük daşınacaq, yükdaşımalardan başqa ildə 1 milyon sərnişinə xidmət göstərəcək. (AzərTAc)скачать dle 11.3
Mojo.az Banner