Bu gün Türkiyədən Gürcüstana ilk yük qatarı yola düşür
“Anadolu” xəbər verir ki, qatar Ərzurum şəhərindən yola düşəcək.
Yola salma mərasimində Türkiyə Dövlət Dəmir Yolunun rəhbəri Ali İxsan Uyğun və “Gürcüstan dəmir yolları” SC-nin sədri David Peradze iştirak edəcəklər.
Qatarlar Bakı-Tbilisi-Qars xətti ilə hərəkət edərək ixrac yüklərini daşıyacaq.