Mojo.az — elanlar
Son Xəbərlər
19:20 Dövlət agentliyi "Aztelekom"un internet tariflərini artırmaq təklifini rədd etdi  |     19:17 Gəncədə yol qəzasında 3 nəfər xəsarət alıb  |     18:58 Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır  |     18:46 Sahil qəsəbəsində avtobusların hərəkət istiqaməti dəyişdirilir  |     18:43 Metropoliten rəisinə yeni müavin təyin olunub  |     18:37 Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist HƏBS EDİLDİ  |     18:28 Bakıda xəstəyə meyitdən ürək KÖÇÜRÜLDÜ  |     18:22 Dekorçu qadının “Rolex” qol saatını oğurlayaraq satdı, puluna “iPhone” aldı, restoranda xərclədi  |     18:20 Qubada avtomobili dövlət qeydiyyat nişansız idarə edən qazilər saxlanılıb.  |     18:18 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu  |     18:16 Qızını döydüyü üçün kürəkənini öldürən şəxs məhkəmə zalından azad edildi - DETALLAR  |     18:12 Amnistiyaya düşən kişi arvadını döydü  |     14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |    
Mojo.az Avto
Mojo.az Avto

Hikmət Hacıyev Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb

30.01.2026 17:26 522
Hikmət Hacıyev Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasovla görüşüb.

Bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar və 2025-ci ilin nəticələrini yüksək qiymətləndirərək onu Türkmənistan-Azərbaycan münasibətləri tarixində yeni, parlaq bir səhifə kimi səciyyələndiriblər.

Qeyd olunub ki, ötən il qarşılıqlı yüksək səviyyəli səfərlər, eləcə də mədəni və humanitar mübadilələrin fəal inkişafı ilə yadda qalıb.

Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun, həmçinin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsləri sayəsində ikitərəfli münasibətlər qardaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Energetika, nəqliyyat (o cümlədən Orta Dəhliz çərçivəsində), ticarət və mədəniyyət sahələrində əməkdaşlığın gücləndirildiyi qeyd edilib.

Görüşdə həmçinin 2026-cı ildə Türkmənistanda və Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq forumlar, görüşlər və digər tədbirlərlə bağlı bir sıra məsələlər müzakirə olunub.

2026-cı ilin payızında Türkmənistanda keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşü ilə bağlı bildirilib ki, rəsmi Bakının bu formatda ilk dəfə tamhüquqlu iştirakçı kimi təmsil olunması regional əməkdaşlığın və dialoqun daha da möhkəmləndirilməsi istiqamətində mühüm addım olacaq.

Son xəbərlər