“Sədərək” və “Binə”, ticarət mərkəzlərinin fəaliyyəti BƏRPA OLUNUR – AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:01 Ermənistan və İran Araz çayı üzərində ikinci körpünü tikməyə hazırlaşır  |     15:00 Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər  |     14:59 Bloqer və influenserlərə XƏBƏRDARLIQ: Cərimə olunacaqlar  |     14:56 Xəstəxanaya yerləşdirilən aktyorun son durumu AÇIQLANDI - FOTO  |     14:52 Qarabağda separatçıların “rəhbəri” olmuş Arkadi Qukasyanın həbs müddəti uzadılıb  |     13:53 FIFA Türkiyə klubuna ağır cəza verdi  |     13:23 Sabah yenə yağış yağacaq - PROQNOZ  |     13:22 XİN rəhbəri: Azərbaycan Malta ilə ikitərəfli əməkdaşlığı genişləndirməyə hazırdır  |     13:13 Ukrayna Xarkovdan minlərlə insanı təxliyə etdi: Rusiya bölgədə irəliləyir  |     12:48 Azərbaycan iqtisadiyyatı 4 % artıb  |     12:46 Türk konsulu qətlə yetirən ASALA terrorçusu İrəvanda saxlanılıb - VİDEO  |     12:38 Hindistanda reklam lövhəsinin uçması nəticəsində ölənlərin sayı artdı  |     12:38 Azərbaycan XİN İsraili təbrik etdi  |     12:35 UEFA qərar verdi: Futbolda yeni qaydalar tətbiq olunacaq  |     12:35 Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib  |     12:34 Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”  |     12:33 Dövlət Departamenti Azərbaycan və Ermənistanın tez bir zamanda sülh razılaşmasına nail olmasını dəstəkləyir  |     12:30 Bakıda sürücü ilə sərnişinlər arasında pandus mübahisəsi - RƏSMİ AÇIQLAMA (VİDEO)  |     12:25 Minimum əməkhaqqı nə qədər arta bilər? - AÇIQLAMA  |     12:24 Oğuzda 14 kəndin internet təminatı kəsildi - SƏBƏB  |    

“Sədərək” və “Binə”, ticarət mərkəzlərinin fəaliyyəti BƏRPA OLUNUR – AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycanda daha 391 nəfər koronavirusa yoluxub, 504 nəfər sağalıb. 9 nəfər isə vəfat edib. Yoluxmaların sayı azalma dinamikası ilə davam edərsə, gələn həftədən iri ticarət mərkəzlərinin fəaliyyətinə müəyyən qaydalara əməl etməklə icazə verilə bilərmi?

Median.Az
xəbər verir ki, bununla bağlı konkret.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, dünyada artıq karantin rejimi ilə bağlı yumşalmalar gedir:

“Bu yumşalmanın başlıca səbəbi insanların qaydalara tam əməl etməsidir. Bəzi ölkələrdə artıq ticarət mərkəzlərinin fəaliyyətinə yenidən icazə verilir. Bu da insanların qaydalara əməl etməsindən irəli gəlir. İnsanlar dərk edir ki, bu xəstəlik var və təhlükəlidir. Ona görə də qoyulan qaydalara əməl etmək lazımdır. Qoruyucu tibbi maskalardan istifadə etmək və növbədə dayandıqda sosial məsafəni qorumaq lazımdır. Ticarət mərkəzləri elə bir yerdir ki, müəyyən qədər kütlə toplaşır. İnsanlar alış-veriş edən zaman təmasda olurlar. Bu məsələdə qaydalara diqqətlə yanaşmaq lazımdır. Qaydalara tam əməl edilərək iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilə bilər. Son günlər yoluxmaların sayı azalır, sağalanların sayı isə artır. Bu, çox müsbət bir haldır. İnanıram ki, yaxın günlərdə iri ticarət mərkəzləri yenidən fəaliyyətə başlayacaq. İnsanlarımız qoyulan qaydalara mütləq şəkildə riayət etməlidir”.//hökm.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            833 23.07.20 23:35