Polisdən növbəti əməliyyat: Bakıda karantin qaydalarını pozan istirahət mərkəzi aşkarlandı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:48 Azərbaycan və Pakistan XİN rəhbərləri arasında telefon danışığı olub  |     21:23 Ermənistanda hərbi hissədə partlayış: Yaralananlar var  |     21:14 Sabirabadda qadının doğuş zamanı ölümünün səbəbi açıqlandı  |     20:25 Ermənistanın keçmiş müdafiə naziri İstintaq Komitəsində dindirilir  |     20:20 Sabah Balakəndə 20 mindən artıq abonentin qazı kəsiləcək  |     20:11 Ağdamda lift və eskalator istehsalı müəssisəsi yaradılacaq  |     20:04 Azərbaycanda “Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiqlənib  |     19:56 Sabah çimərliklərdə suyun temperaturu 24 dərəcəyədək yüksələcək  |     19:50 Sabah bəzi yerlərə yağış yağacaq  |     19:44 Argentinalı futbolçu "Liverpul"a keçə bilər  |     19:35 Qahirədə data mərkəzində baş verən yanğında 4 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb  |     19:25 Zəngilanda 1 tona yaxın yabanı çətənə bitkisi məhv edilib  |     19:18 Lənkəranda gənc sürücü yol qəzasında ölüb  |     19:10 Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb  |     19:03 İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb  |     18:48 İlon Maska partiya yaratmaqda kim kömək edir?  |     18:44 Naməlum şəxs süni intellekt vasitəsilə özünü ABŞ dövlət katibi kimi təqdim etdi  |     18:42 "Arsenal" Benjamin Şeşkonun transferindən imtina etdi  |     18:10 Deputata qarşı sui-qəsd cəhdində təqsirləndirilənlərin şikayəti rədd edildi  |     17:38 Azərbaycanla İordaniya arasında böhranların idarə edilməsinə dair Saziş TƏSDİQLƏNDİ  |    

Polisdən növbəti əməliyyat: Bakıda karantin qaydalarını pozan istirahət mərkəzi aşkarlandı - FOTO

Paytaxtın Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şosesində xüsusi karantin rejimi qaydalarına əməl etməyən sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan istirahət mərkəzinin fəaliyyət göstərməsi aşkarlanıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Səbail RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyulun 5-də istirahət mərkəzinin inzibatçıları və müştəriləri 41-ci Polis Bölməsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.

Onlarla profilaktik və izahedici söhbətlərdə diqqətə çatdırılıb ki, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.

Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunublar.

Xatırladaq ki, dünən polis əməkdaşları xüsusi karantin rejiminin pozulması ilə bağlı Bakının məşhur hotellərindən biri olan “Fairmont Hotel”də əməliyyat keçirmişdi.







скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 575 06.07.20 14:30