Bakı sakininin mənzilindən qızıl və pul oğurlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakı sakininin mənzilindən qızıl və pul oğurlandı
Bakının Nəsimi rayonunda mənzildən oğurluq hadisəsi baş verib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Rayonun Həzi Aslanov küçəsindəki evdə yaşayan 1966-cı il təvəllüdlü A.Mehdiyev 22-ci Polis Bölməsinə müraciət edib. Onun sözlərinə görə, iyunun 24-də naməlum şəxs mənzilinin qapısını sındıraraq, evdən 180 avro və 1200 dollar pulu, eləcə də, 8500 manat dəyərində qızıl-zinət əşyalarını aparıb.

Hazırda əməliyyatçılar oğurluqda şübhəli şəxsin kimliyini müəyyənləşdirməyə çalışırlar.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          688 26.06.20 13:52