Münasibətlər pozulandan sonra beynin fəaliyyəti necə davam edir? - ARAŞDIRMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:06 Rusiyada Araz Ağalarova qarşı icraat başladılıb  |     22:48 Çin şirkəti ChatGPT-nin süni intellekt sahəsində üstünlüyünü zəiflədir - WSJ  |     22:46 AZAL təyyarəsinin vurulmasına dair yeni DETALLAR  |     22:01 Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatdı  |     21:57 Azərbaycanda bir qrup şəxsə aylıq müavinətin verilməsi DAYANDIRILDI  |     21:34 Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət veriləcək  |     21:26 Əli Əsədov Ersin Tatar ilə əməkdaşlıq məsələlərini müzakirə edib  |     21:14 Ermənistan Rusiya dondurmasının idxalına qadağa qoydu  |     20:46 "Qaynana" və digər 4 restoran cərimələndi  |     20:43 Şəxsiyyət vəsiqələrinin forması dəyişəcək  |     20:14 Azərbaycanın turizm imkanları Asiya ölkələrində təbliğ ediləcək  |     20:10 Bu il ilk dəfə Şuşa və Ağdamda qanvermə aksiyası keçiriləcək  |     20:03 Gürcüstandan çox sayda əcnəbi deportasiya edilib, azərbaycanlı da var  |     19:58 Sabah hava küləkli olacaq  |     19:52 Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul qaydası açıqlanıb  |     19:45 Son iki ayda 16 nəfər qarpızdan zəhərlənib  |     19:39 KTM: Ötən ay 100 nəfərə yaxın insan zəhərlənib, 3-ü ölüb  |     19:31 Nəhəng aviaşirkətin müştəri bazası haker hücumuna məruz qalıb  |     19:25 FES sentyabradək faiz dərəcəsini azalda bilər  |     19:17 Süveyş körfəzində qazma qurğusu batıb, ölənlər var  |    

Münasibətlər pozulandan sonra beynin fəaliyyəti necə davam edir? - ARAŞDIRMA

Yaxın adamla ayrıldıqdan sonra insanın beynindəki funksional əlaqələr müvəqqəti olaraq pozulur.

Rg.ru xəbər verir ki, bu qənaətə beyinin fəaliyyəti ilə bağlı yeni bir araşdırmadan sonra gəlinib.

Müəlliflərin fikrincə, beyin bağlantılarının bu cür hərtərəfli təhlili stres səbəbiylə ruhi pozğunluqların inkişafını proqnozlaşdırmaq üçün istifadə edilə bilər.

Qroningen Universitetinin alimləri Sonsoles Alonzo Martinez və həmkarları bildirib ki, araşdırmada altı ay əvvəl uzunmüddətli münasibətdən sonra ayrılan, hər biri 18-25 yaş arasında olan 69 könüllü iştirak edib.

Alimlər onlarda depressiya aşkar etməyiblər, ancaq ayrıldıqdan sonra depresif simptomların şiddətinin beynin funksional əlaqələri ilə təyin olunacağını ehtimal ediblər.

Bunun üçün gənclər sakit vəziyyətdə MRT-dən keçirilib. Burada vacib olan beynin kompleks fəaliyyətini başa düşmək olub. Beyin fəaliyyətini analiz etmək üçün məşhur bir metod tətbiq olunub. Beləliklə, funksional əlaqələrin gücünü və onların təbiətini, o cümlədən liderlik və xarici stimullara cavabını qiymətləndirmək mümkündür.

Təcrübənin nəticələrinə görə, alimlər belə qərara gəliblər ki, ayrılmanın stresli reaksiyası beynin fəaliyyətini kompleks şəkildə dəyişə bilər və bu ayrılığı qəbul etmə dərəcəsindən asılıdır. Beyinin analoji analizindən istifadə edərək həkimlər gələcəkdə stresli vəziyyət yaşayan insanda depressiyanın inkişaf edib-etməyəcəyini proqnozlaşdıra bilərlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 319 23.06.20 12:02