Mojo.az Banner
20:40 Paşinyan: 2026-cı il parlament seçkilərində Baş nazir postuna namizəd olmağa çalışıram  |     20:33 Zəngəzur Milli Parkında bəbir və iki balası görüntülənib - Video  |     20:28 Azərbaycan Suriyaya meşə fındığı satmağa başlayıb  |     20:21 Hakimləri təhqir edən futbolçular, məşqçilər və bir klub rəsmisi cəzalandırılıb  |     20:14 Bakıda və bölgələrdə arabir çiskin olacaq - PROQNOZ  |     20:09 Türkiyənin ticarət naziri Azərbaycana səfər edəcək  |     20:02 Naxçıvanda əl qumbarası və top mərmisi tapılıb - Video  |     19:55 Azərbaycanda 10 ayda dövlət xəttilə 371 milyon manat ipoteka krediti verilib  |     19:50 Sumqayıtda üç ov tüfəngi tapılıb  |     19:41 İnterpol transmilli fırıldaqçılıq mərkəzlərinin təhdidləri barədə xəbərdarlıq edib  |     19:35 Mbappe Çempionlar Liqasında rekorda imza atıb  |     19:10 Beynəlxalq axtarışa verilmiş daha bir şəxs ekstradisiya edilib  |     19:00 Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI  |     19:00 Bakıda evlərdən oğurluq edən "dilənçilər"  |     18:33 "Food Factory"də tanışının kartından 15 500 manat oğurladı  |     18:17 Parlament prospektində yeni piyada keçidi istifadəyə verilib  |     18:04 Əməkdar artistə ağır itki  |     18:01 Sabiq komitə sədri direktor vəzifəsindən çıxarıldı  |     17:48 Mikayıl Cabbarov bu vəzifəyə yenidən seçildi  |     17:40 Yekaterinburq məhkəməsi Səfərov qardaşlarını həbsdə saxladı  |    
Left Banner
Right Banner

Azərbaycanda SMS icazə bərpa edilir - RƏSMİ

03.06.2020 20:30 3 288
Azərbaycanda SMS icazə bərpa edilir - RƏSMİ
“Vətəndaşlar yenidən icazə sistemi ilə yaşayış yerini tərk edəcəklər”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Sədr qeyd edib ki, elə istehsalat sahələri var ki, fasiləiz işləməlidir, bununla bağlı sabah qərar veriləcək:

“Zəruri işləməli olan müəssisələrin işçilərinin sayı məhdudlaşdırılacaq. Xüsusi sağlamlıq vəziyyətlərində və tibb müəssisələrinə getmək lazım olanda, zəruri xidmət sahələrində küçəyə çıxmağa SMS vasitəsilə icazə veriləcək. İctimai nəqliyyat və fərdi nəqliyyatdan istifadəyə icazə verilməyəcək”.

Sədr qeyd edib ki, şənbə və bazar günləri həyati vacib bir sıra sahələrin fəaliyyəti davam etdiriləcək:

“Qəza xidməti sahələri, təcili yardım, stasionar tibb müəsisələri işini davam etdirəcək. Bu sahələrdə işçilərin sayı məhdud olacaq”.скачать dle 11.3