Mojo.az Banner
18:05 "Politico" Avropa siyasətində ən nüfuzlu siyasətçilərin adlarını açıqladı  |     17:47 Bakıda 59 yaşlı kişi küçədə öldü  |     17:37 Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 3.3 milyard dollara çatıb  |     17:31 "Neftçi" yeni baş məşqçisini açıqladı  |     17:23 Namizəd Səfərov saxlanıldı  |     17:20 Müstəntiqin yanında arvadını öldürmək istədi, məmurla əlbəyaxa oldu  |     17:09 Hüquqşünas Namizəd Səfərov saxlanılıb  |     17:08 Bakıda partlayış olan villa bu şəxsin imiş  |     17:04 Tovuzda xəstəxanada dava düşdü, tibb bacısı döyüldü  |     16:47 Azərbaycanın FIFA referisi Avropa Liqasının oyununu idarə edəcək  |     16:29 İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb  |     16:20 "Time" jurnalı ilin ən yaxşı aktyorunu açıqladı  |     16:12 Bu gün Günəşdə yeddi güclü partlayış baş verib  |     16:07 AQTA Gürcüstan mənşəli heyvanların Azərbaycandan tranzitini yenidən açdı  |     15:57 Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyin edildi  |     15:51 Rus bölməsində hansı fənlər Azərbaycan dilində tədris ediləcək?  |     15:43 Yaşayış minimumu 300 manat olacaq  |     15:41 Xaricdən telefon gətirənlərin nəzərinə: 100 manat rüsum alınacaq  |     15:39 Bakıda iki gün leysan olacaq - XƏBƏRDARLIQ  |     15:29 Bu rayonun Heydər Əliyev Mərkəzində təmir işləri aparalıcaq  |    
Left Banner
Right Banner

Sabah güclü külək əsəcək, şimşək çaxacaq - PROQNOZ

29.05.2020 13:45 1 076
Sabah güclü külək əsəcək, şimşək çaxacaq - PROQNOZ
Şənbə günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 17-21, gündüz 24-27, Bakıda gecə 18-20, gündüz 24-26 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 753 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 31-36, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 30-u gündüzdən 31-i axşamadək Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.скачать dle 11.3