Çirkli pulla xaricdə alınan əmlak sahibindən alınacaq – AZƏRBAYCANDA YENİ QANUN » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |    

Çirkli pulla xaricdə alınan əmlak sahibindən alınacaq – AZƏRBAYCANDA YENİ QANUN

Qeyri-qanuni yollarla əldə edilmiş pul vəsaitləri hesabına xarici ölkələrdə əmlaka yiyələnənlərin mülkləri əlindən alına biləcək.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Cinayət Prosessual Məcəlləsinin 521.1-ci bəndinə təklif olunan əlavəni şərh edərkən deyib.
Məcəllənin 521-ci maddəsi “Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının icrası qaydası” adlanır.

Qanun layihəsində isə maddənin adı dəyişdirilib və “Əmlakın müsadirəsi barədə Azərbaycan Respublikasında çıxarılmış hökm və ya digər yekun qərarların xarici ölkədə icrası” adlandırılıb.

Təklif olunan 521.1-ci maddə xarici ölkədə yerləşən əmlakın müsadirə olunması prosedurunu müəyyən edir.

Layihədə yazılır ki, xarici ölkədə yerləşən əmlakın müsadirə olunması barədə Azərbaycanda çıxarılmış hökm və ya digər yekun qərar qanuni qüvvəyə mindiyi tarixdən beş gün müddətində icra olunmalıdır.

Deputat F.Ağamalı bildirir ki, qanun layihəsi reallığı özündə əks etdirən yanaşmadır.

“Azərbaycanda müxtəlif şəkildə pul vəsaitləri əldə edənlər var. Bu pulları halal yolla, zəhmətlə qazanılmayan vəsait kimi nəzərə almaq lazımdır”, - deyə F.Ağamalı əlavə edib.

Onun fikrincə, qeyri-qanuni yolla əldə edilən pullar hesabına xaricdə tikilən, ayrı-ayrı ölkə vətəndaşlarının məşğulluğuna xidmət edən, həmin ölkələrin büdcəsinə vəsait daxil olmasına xidmət edən hallar bütün mənalarda başadüşülən deyil.

Millət vəkili hesab edir ki, bəzi azərbaycanlıların xaricdəki mülkləri araşdırılmalı və təsnifatı aparılmalıdır.

“Əgər o mülklər cinayət xarakterli əməllərlə əldə olunubsa, bunun barəsində hüquqi baxımdan addım atmaq mümkün olacaq”, - deyən F.Ağamalı təklif də səsləndirib:

“Məhkəmə xaricdəki daşınmaz əmlakların Azərbaycandan gedən, qeyri-qanuni yollarla əldə edilən pullar hesabına mülk yaradıldığını sübut edərsə, onlar Azərbaycanın mülkiyyəti kimi təsnif olunmalıdır. Həmin əmlak orada hərraca çıxarıla və əldə olunan vəsait Azərbaycan büdcəsinə daxil ola bilər”.

Qeyd edək ki, qanun layihəsi qəbul olunacağı təqdirdə 2020-ci il iyulun 1-dən qüvvəyə minəcək (Oxu.az).скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            879 27.05.20 16:34