Mojo.az Banner
21:10 İranda təbii fəlakət səkkiz nəfərin həyatına son qoyub  |     21:03 Dünya Bankı ilk dəfə Azərbaycanı "B-Ready" hesabatı üzrə qiymətləndirib  |     20:55 Taksilərlə bağlı RƏSMİ AÇIQLAMA - Yanvardan etibarən...  |     20:48 Amerikalı məşhur müğənni milyarderlərin siyahısına düşdü  |     20:40 Zaqatalada qəza baş verdi, biri azyaşlı olmaqla yeddi nəfər xəsarət aldı  |     20:32 Sabiq deputat: "Nəvələrimi kənddən uzaqlaşdırmışam ki, gedib şəhərdə mədəniyyət, qabiliyyət sahibi olsunlar"  |     20:26 Masazırda fərdi yaşayış evində yanğın olub  |     20:21 Rusiya XİN: "Moskva Bakı ilə əlaqələri genişləndirmək niyyətindədir"  |     20:15 Milli Qəhrəman Şahin Tağıyevin nəşi Azərbaycana gətiriləcək  |     20:07 Goranboyda bir ailənin üç üzvü qidadan zəhərləndi  |     19:57 Yalançının evi yandı, heç kim inanmadı: Kəngərlidə baş verənlər vətəndaş məsuliyyətsizliyi, yoxsa təxribat?  |     19:50 Mahmud Abbas Prezident İlham Əliyevi təbrik edib  |     19:43 Nazir Agentliyə yeni rəis müavini təyin etdi  |     19:36 Qazaxda MAXE yol qəzasında qəza oldu  |     19:29 Əhaliyə XƏBƏRDARLIQ: Dekabrın son iki günündə...  |     19:21 Beş BÜRC yeni ilə partlayışla başlayacaq  |     19:15 13 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     19:09 Tanınmış boksçu iki nəfərin ölümü ilə nəticələnən qəzaya düşüb  |     19:02 Bakıda məşhur iaşə obyektində YOXLAMA: Qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib  |     18:51 Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirilir  |    
Left Banner
Right Banner

İşsiz qalan müğənnilər ölkə başçısına və birinci vitse-prezidentə müraciət ünvanladılar - VİDEO

23.05.2020 17:44 1 794
İşsiz qalan müğənnilər ölkə başçısına və birinci vitse-prezidentə müraciət ünvanladılar - VİDEO
Ötən gün Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, toy və digər kütləvi məclislərin bərpası üçün iyun ayı məqbul hesab olunmur. Onun sözlərinə görə, hazırda 10 nəfərdən çox adamın bir yerə toplaşması qadağandır.

Oxu.Az xəbər verir ki, işsiz, xüsusilə toysuz qalan bir sıra şou-biznes nümayəndələri sosial media hesabları vasitəsi ilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər.

Müğənni Sabir Əhmədov müraciətində yazır:

“Müraciətim operativ qərargahadır. Musiqiçilər, müğənnilər, musiqi avadanlıqlarını kirayə verənlər, restoranlarda çalışan ofisiantlar, aşpazlar, qab yuyanlar, xadimələr, avtomobilləri kirayə verənlər, təşkilatçılıqla məşğul olanların hamısı işsiz qalıb. Bu işdən evinə gündəlik çörək pulu aparan şəxslərin siyahısı olduqca böyükdür.

Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, operativ qərargaha müraciət edirəm ki, toylar və el şənlikləri ilə bağlı məsələ bir də nəzərdən keçirilsin.

Hazırda bizim qazanc mənbəyimiz yoxdur. Neçə aydır evdəyik. Bu səbəbdən evə bir manat da olsun pul gətirə bilmirik. Topladığımız pulu xərcləmişik və bu sondur. Sizdən artıq dərəcədə rica edirik bizə yardımçı olasınız”.


Bu müraciətə müğənnilər Nura Suri, Fuad Musayev və digər incəsənət nümayəndələri də qoşulub.

скачать dle 11.3