Mahmud Abbas Prezident İlham Əliyevi təbrik edib
Median.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:
"Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi çatdırır, Zati-alinizə uzun ömür, xoşbəxtlik və davamlı uğurlar arzulayıram.
Eyni zamanda, Sizi Yeni - 2026-cı il münasibətilə də təbrik edirəm. Uca Allahdan Yeni ilin və qarşıdakı illərin Sizə, xalqınıza və bütün xalqlara səadət, xeyir-bərəkət, sülh və müvəffəqiyyət gətirməsini arzu edirəm.
Zati-aliləri, qardaşlıq salamlarımı qəbul etməyinizi xahiş edirəm".
